Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib

11.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstandan ölkə ərazisinə daxil olmağa cəhd edən 12 silahlını zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Qurumun məlumatına görə, oktyabrın 10-da hərbçilər Xayber-Paxtunxva əyalətinin, Əfqanıstanla sərhədə yaxın Kurram rayonunda "Fitnə əl-Xəvaric" (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınır) silahlı qruplaşmasının üzvlərini aşkar ediblər.

Pakistanın təhlükəsizlik qüvvələri sərhədin qanunsuz keçilməsi cəhdinin qarşısını alıb. Hərbçilərin iddiasına görə, silahlı toqquşma nəticəsində 12 silahlının hamısı zərərsizləşdirilib.

Əməliyyat zamanı Pakistan ordusunun bir hərbçisi də həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью