Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstandan ölkə ərazisinə daxil olmağa cəhd edən 12 silahlını zərərsizləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Qurumun məlumatına görə, oktyabrın 10-da hərbçilər Xayber-Paxtunxva əyalətinin, Əfqanıstanla sərhədə yaxın Kurram rayonunda "Fitnə əl-Xəvaric" (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınır) silahlı qruplaşmasının üzvlərini aşkar ediblər.
Pakistanın təhlükəsizlik qüvvələri sərhədin qanunsuz keçilməsi cəhdinin qarşısını alıb. Hərbçilərin iddiasına görə, silahlı toqquşma nəticəsində 12 silahlının hamısı zərərsizləşdirilib.
Əməliyyat zamanı Pakistan ordusunun bir hərbçisi də həlak olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















