Pakistan İrəvanda səfirlik açır: Regionda dəyişən balans və Bakının gözləntiləri | Icma.az
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması və İrəvanda səfirlik açılması ilə bağlı proses Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi reallıqların göstəricisi kimi qiymətləndirilir.
Pakistan indiyə qədər Ermənistanla diplomatik əlaqə saxlamayan yeganə böyük müsəlman ölkələrdən biri idi və bu mövqe tam olaraq Azərbaycanın ərazi bütövlüyünə verilən prinsipial və dəyişməz dəstəyə əsaslanırdı.
Xüsusilə 1990-cı illərdən sonra Pakistanın Ermənistanı tanımaması, səfirlik açmaması və ikitərəfli münasibətləri dondurması Bakıya jest olmaqla yanaşı, Azərbaycan üçün beynəlxalq arenada mühüm siyasi dayaqlardan biri kimi çıxış edirdi.2025-ci ildə Pekində iki ölkə arasında imzalanan birgə kommunike isə bu xəttin dəyişməyə başladığını göstərdi.
Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin qurulması fonunda İrəvanda səfirliyin açılması istiqamətində aparılan hazırlıqlar artıq rəsmi təsdiqə yaxınlaşır.
Ermənistan XİN-in məlumatı təkzib etməməsi və diplomatik addımların Vyana Konvensiyasına uyğun aparıldığını bildirməsi prosesin planlı şəkildə irəlilədiyini göstərir.
Bu isə bölgədə yeni siyasi kombinasiyaların yarandığını ehtimal etdirməklə yanaşı, yaranan boşluqların hansı məntiqlə doldurulduğu barədə suallar yaradır.Pakistanın bu addımı atması Bakının maraqları baxımından iki istiqamətdə şərh oluna bilər.
Birincisi, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra İslam dünyasında və geniş geosiyasi müstəvidə Ermənistanla münasibətlərin normallaşmasına mane olan əsas səbəb – işğal faktı aradan qalxıb.
Tam oxu
Xəbəri oxu