Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

İran rejimi legitimliyini itirir ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Pakistan İrəvanda səfirlik açır: Regionda dəyişən balans və Bakının gözləntiləri

Pakistan İrəvanda səfirlik açır: Regionda dəyişən balans və Bakının gözləntiləri

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması və İrəvanda səfirlik açılması ilə bağlı proses Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi reallıqların göstəricisi kimi qiymətləndirilir. Pakistan indiyə qədər Ermənistanla diplomatik əlaqə saxlamayan yeganə böyük müsəlman ölkələrdən biri idi və bu mövqe tam olaraq Azərbaycanın ərazi bütövlüyünə verilən prinsipial və dəyişməz dəstəyə əsaslanırdı. Xüsusilə 1990-cı illərdən sonra Pakistanın Ermənistanı tanımaması, səfirlik açmaması və ikitərəfli münasibətləri dondurması Bakıya jest olmaqla yanaşı, Azərbaycan üçün beynəlxalq arenada mühüm siyasi dayaqlardan biri kimi çıxış edirdi.

2025-ci ildə Pekində iki ölkə arasında imzalanan birgə kommunike isə bu xəttin dəyişməyə başladığını göstərdi. Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin qurulması fonunda İrəvanda səfirliyin açılması istiqamətində aparılan hazırlıqlar artıq rəsmi təsdiqə yaxınlaşır. Ermənistan XİN-in məlumatı təkzib etməməsi və diplomatik addımların Vyana Konvensiyasına uyğun aparıldığını bildirməsi prosesin planlı şəkildə irəlilədiyini göstərir. Bu isə bölgədə yeni siyasi kombinasiyaların yarandığını ehtimal etdirməklə yanaşı, yaranan boşluqların hansı məntiqlə doldurulduğu barədə suallar yaradır.

Pakistanın bu addımı atması Bakının maraqları baxımından iki istiqamətdə şərh oluna bilər. Birincisi, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra İslam dünyasında və geniş geosiyasi müstəvidə Ermənistanla münasibətlərin normallaşmasına mane olan əsas səbəb – işğal faktı aradan qalxıb. Ermənistanın da son aylarda verdiyi sülh mesajları və delimitasiya prosesində irəliləyiş cəhdləri Pakistan üçün münasibətlərin açılmasına daha real əsas yaradıb. İkincisi, Pakistanın Ermənistanla əlaqə yaratması Bakıya qarşı siyasi xəttin dəyişməsi anlamına gəlmir. Pakistan–Azərbaycan münasibətləri sadəcə diplomatik müstəvidə deyil, hərbi-siyasi, təhlükəsizlik və beynəlxalq əlaqələr baxımından dərin strateji xarakter daşıdığından bu xəttin dəyişməsi gözlənilmir.

Digər tərəfdən, Pakistanın İrəvanda səfirlik açması Türkiyə–Ermənistan xəttindən fərqli şəkildə qiymətləndirilməlidir. Ankara ilə İrəvan arasında normallaşma prosesi uzun keçmişə malikdir və bir sıra siyasi şərtlərlə müşayiət olunub. Pakistanla Ermənistan arasında isə əvvəldən heç bir münasibət olmayıb və bu əlaqələrin qurulması daha çox regional reallıqların dəyişməsinin nəticəsidir. Bu səbəbdən Azərbaycanla sülh müqaviləsi hələ imzalanmadan səfirliyin açılması mümkündür və proses buna doğru gedir.

Ümumilikdə, Pakistan–Ermənistan diplomatik xəttinin açılması Cənubi Qafqazda sülhün yaxınlaşmasına, Ermənistanın regiondakı təcridini azaltmağa və Bakı–İslamabad münasibətlərinin daha rasional çərçivədə davam etməsinə səbəb ola bilər. Burada həlledici məqam odur ki, Pakistanın addımı Bakı ilə strateji tərəfdaşlığa zidd deyil və iki ölkənin münasibətlərinin əsasını təşkil edən siyasi yaxınlıq dəyişmir. Əsas məsələ Ermənistanın bu imkanlardan necə istifadə edəcəyi, sülh sənədinə imza atmağa nə qədər real iradə sərgiləyəcəyi və regionda yaranan yeni diplomatik xəritəni hansı istiqamətə yönəltməyə çalışacağıdır.

Alim Nəsirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Dekabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see180

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see158

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri