Pakistanda azərbaycanlı qıza təcavüzə görə 3 nəfər HƏBS OLUNDU

01.10.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pakistanda Azərbaycan vətəndaşı Diana Bağıyevaya təcavüz işi üzrə saxlanılan qadın həbs olunub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Muskan adlı qadın insan alverində təqsirli bilinir. Hakim Azhar Mahmud polisin Muskanın həbsi ilə bağlı vəsatətini təmin edib.

İttiham tərəfi bildirib ki, bu, şübhəlinin ilk həbsidir. Onun vəkili isə qadının hadisədə heç bir iştirakının olmadığını, onun şikayətçi ilə münasibətlərinin yalnız dostluq çərçivəsində olduğunu bildirib.

Hakim şübhəlidən tibbi müayinədən keçmək istəyib-istəmədiyini soruşub. Muskan bundan imtina edib.

Hadisə ilə bağlı cinayət işi ölkəyə səfər edən Azərbaycan vətəndaşı qadının şikayəti əsasında Lahor şəhərinin Defence-C polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyevanın Pakistanın Lahor şəhərində qrup halında təcavüzə məruz qalması barədə xəbərlər yayılıb.

Məlumata görə, bir gün əvvəl Lahorda yerli məhkəmə Diananın qrup şəklində zorlanması işi üzrə iki şübhəli barəsində 6 günlük həbs qərarı verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью