Pakistanda azərbaycanlı qıza təcavüzə görə 3 nəfər HƏBS OLUNDU
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pakistanda Azərbaycan vətəndaşı Diana Bağıyevaya təcavüz işi üzrə saxlanılan qadın həbs olunub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Muskan adlı qadın insan alverində təqsirli bilinir. Hakim Azhar Mahmud polisin Muskanın həbsi ilə bağlı vəsatətini təmin edib.
İttiham tərəfi bildirib ki, bu, şübhəlinin ilk həbsidir. Onun vəkili isə qadının hadisədə heç bir iştirakının olmadığını, onun şikayətçi ilə münasibətlərinin yalnız dostluq çərçivəsində olduğunu bildirib.
Hakim şübhəlidən tibbi müayinədən keçmək istəyib-istəmədiyini soruşub. Muskan bundan imtina edib.
Hadisə ilə bağlı cinayət işi ölkəyə səfər edən Azərbaycan vətəndaşı qadının şikayəti əsasında Lahor şəhərinin Defence-C polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyevanın Pakistanın Lahor şəhərində qrup halında təcavüzə məruz qalması barədə xəbərlər yayılıb.
Məlumata görə, bir gün əvvəl Lahorda yerli məhkəmə Diananın qrup şəklində zorlanması işi üzrə iki şübhəli barəsində 6 günlük həbs qərarı verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 Oktyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















