Pakistanda leysanlar fəsadlar törətdi: Ölənlər var

21.07.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pakistanda şiddətli leysanlar 9 nəfərin həyatına son qoyub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, məlumata görə, son 24 saat ərzində davam edən güclü yağışlar ölkənin bir sıra bölgələrində ciddi fəsadlara və tələfatlara səbəb olub.

Ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsindən bildirilib ki, şimal-qərbdə yerləşən Xeybər-Paxtunxva əyalətində 6, şimal bölgəsindəki Azad Cəmmu və Kəşmirdə isə 3 nəfər həlak olub. Təbii fəlakət zamanı yaranan sel suları, həmçinin 28 yaşayış evini tamamilə dağıdıb.

Qeyd edək ki, iyul ayından etibarən Pakistanda musson yağışları mövsümü başlayır. Adətən sentyabradək davam edən bu mövsüm kənd təsərrüfatı üçün vacib sayılsa da, tez-tez güclü daşqınlara və dağıntılara yol açır.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью