Pakistanda leysanlar fəsadlar törətdi: Ölənlər var
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, məlumata görə, son 24 saat ərzində davam edən güclü yağışlar ölkənin bir sıra bölgələrində ciddi fəsadlara və tələfatlara səbəb olub.
Ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsindən bildirilib ki, şimal-qərbdə yerləşən Xeybər-Paxtunxva əyalətində 6, şimal bölgəsindəki Azad Cəmmu və Kəşmirdə isə 3 nəfər həlak olub. Təbii fəlakət zamanı yaranan sel suları, həmçinin 28 yaşayış evini tamamilə dağıdıb.
Qeyd edək ki, iyul ayından etibarən Pakistanda musson yağışları mövsümü başlayır. Adətən sentyabradək davam edən bu mövsüm kənd təsərrüfatı üçün vacib sayılsa da, tez-tez güclü daşqınlara və dağıntılara yol açır.
Zeynəb Rzayeva
Baxış sayı:139
Bu xəbər 21 İyul 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















