Pakistanın səfiri: Azad edilmiş ərazilərin bərpasında iştirak bizim üçün böyük şərəf olard…
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Cənubi Asiya ölkələri aralarında sıx əməkdaşlıq etdiyi ölkə dost və qardaş Pakistan hesab olunur.
Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub.
Bakı ilə İslamabad arasında münasibətlər təkcə diplomatik və siyasi müstəvidə inkişaf etmir, tərəflərin həm də iqtisadiyyat və müdafiə sahəsindəki əməkdaşlığı güclü bazaya malikdir.
O cümlədən çoxtərəfli müstəvidə-beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan-Pakistan əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.
Bu yüksək səviyyəli münasibətlərin nəticəsidir ki, Azərbaycan və Pakistan siyasi liderləri tez-tez qarşılıqlı səfərlər həyata keçirirlər.
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin “Report”a müsahibəsində qarşılıqlı yüksək səviyyəli səfərlərin detalları, həmçinin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün atılmalı olan addımlar, ticarət dövriyyəsini artırmaq üçün görülən işlər, Pakistanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirakı, müdafiə və ətraf-mühit sahəsində əməkdaşlıq, Pakistanın terrorla mübarizəsi, Pakistan-Hindistan münasibətləri kimi mövzularda sualları cavablandırıb.
Tam oxu
Xəbəri oxu