Palata təhlükəsiz tullantıların idarə olunması ilə bağlı audit aparıb | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumat verir. Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə ol
Bu barədə “APA-Economics”ə Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, auditin predmetləri auditin obyektləri olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Bakı, Sumqayıt, Gəncə, Yevlax, Şirvan və Mingəçevir şəhər icra hakimiyyətlərinin (ŞİH), Abşeron, Ağcabədi, Bərdə və Beyləqan rayon icra hakimiyyətlərinin (RİH), eləcə də “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) aidiyyəti fəaliyyətlərini əhatə edib.
Auditin predmetləri üzrə informasiya mənbələri kimi Azərbaycan Respublikasının Dövlət Statitsika Komitəsinin (DSK), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin sənədlərindən və məlumatlarından da istifadə edilib.
Auditlə təhlükəsiz tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi kimi prosesin texnoloji və maliyyə tərəflərinə aid bütün mərhələlər geniş çeşidli prosedurlardan istifadə olunaraq aidiyyəti dövlət təsisatlarının fəaliyyətlərinin timsalında qənaətlilik, səmərəlilik və nəticəlilik, eyni zamanda, qarşılıqlı koordinasiya və əməkdaşlıq baxımından qiymətləndirilib.
Müsbət məqamlar kimi təhlükəsiz tullantıların idarə olunmasının sonuncu mərhələsinə aid olan zərərsizləşdirilmə infrastrukturu üzrə Bakı şəhərində maddi-texniki bazanın və peşəkar kadr heyətinin formalaşdırıldığını, o cümlədən zəruri iş şəraitinin qurulduğunu, avadanlıq, texnika və istehsal vasitələri ilə təchizat məsələlərinin həllinə nail olunduğunu qeyd etmək olar.
Auditlə əsasən aşağıdakı nəticələr müəyyən edilib. Bərk məişət tullantıları istisna olmaqla digər təhlükəsiz tullantıların (bioloji, sənaye,
İnstitusional yanaşmalarda boşluqların mövcudluğu şəraitində auditlə əhatə olunan şəhər və rayonlar üzrə təhlükəsiz tullantıların yığılaraq
Tam oxu
Xəbəri oxu