Icma.az
close
up
RU
Palata təhlükəsiz tullantıların idarə olunması ilə bağlı audit aparıb

Palata təhlükəsiz tullantıların idarə olunması ilə bağlı audit aparıb

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılıb.

Bu barədə “APA-Economics”ə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, auditin predmetləri auditin obyektləri olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Bakı, Sumqayıt, Gəncə, Yevlax, Şirvan və Mingəçevir şəhər icra hakimiyyətlərinin (ŞİH), Abşeron, Ağcabədi, Bərdə və Beyləqan rayon icra hakimiyyətlərinin (RİH), eləcə də “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) aidiyyəti fəaliyyətlərini əhatə edib.

Auditin predmetləri üzrə informasiya mənbələri kimi Azərbaycan Respublikasının Dövlət Statitsika Komitəsinin (DSK), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin sənədlərindən və məlumatlarından da istifadə edilib.

Auditlə təhlükəsiz tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi kimi prosesin texnoloji və maliyyə tərəflərinə aid bütün mərhələlər geniş çeşidli prosedurlardan istifadə olunaraq aidiyyəti dövlət təsisatlarının fəaliyyətlərinin timsalında qənaətlilik, səmərəlilik və nəticəlilik, eyni zamanda, qarşılıqlı koordinasiya və əməkdaşlıq baxımından qiymətləndirilib.

Müsbət məqamlar kimi təhlükəsiz tullantıların idarə olunmasının sonuncu mərhələsinə aid olan zərərsizləşdirilmə infrastrukturu üzrə Bakı şəhərində maddi-texniki bazanın və peşəkar kadr heyətinin formalaşdırıldığını, o cümlədən zəruri iş şəraitinin qurulduğunu, avadanlıq, texnika və istehsal vasitələri ilə təchizat məsələlərinin həllinə nail olunduğunu qeyd etmək olar.

Auditlə əsasən aşağıdakı nəticələr müəyyən edilib.

Bərk məişət tullantıları istisna olmaqla digər təhlükəsiz tullantıların (bioloji, sənaye, tikinti və s.) ölkə üzrə daşınmasına, yükləmə, boşaltma və zərərsizləşdirmə işlərinin yerinə yetirilməsinə, sanitar-epidemioloji və ekoloji təhlükəsizliyin təmin olunmasına dair normalar, eyni zamanda istər dövlət, istərsə də xüsusi mülkiyyət mənsubiyyətli daşıyıcılar üçün hər-hansı akkreditasiya reqlamenti (əmək resurslarının, xüsusi nəqliyyat vasitələrinin, digər maddi-texniki bazanın mövcudluğuna dair tələblər) müəyyənləşdirilməmişdir ki, bu da təhlükəsiz tullantıların tədarükü prosesinin dövlət tənzimlənməsində vahid yanaşmaların tətbiqinə maneçiliklər yaratmaqla faktiki olaraq pərakəndəliyin müşayiət olunması ilə nəticələnib.

İnstitusional yanaşmalarda boşluqların mövcudluğu şəraitində auditlə əhatə olunan şəhər və rayonlar üzrə təhlükəsiz tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə abonent bazası yaradılmamış, qeyri-əhali istehlakçı qrupu üzrə bağlanılan müqavilələr faktiki tullantı həcmlərindən az rəsmiləşdirilmiş, əhali qrupu üzrə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi üzrə tədbirlər (Bakı şəhərinin Nizami rayonu, Gəncə və Mingəçevir şəhərləri istisna olmaqla) görülməmiş, əhali və qeyri-əhali istehlakçı qrupları üzrə ayrı-ayrı abonentlərlə hesablaşmaların adlı uçotu aparılmamış, abonent bazasının tədricən yaradılması üçün digər kommunal xidmətlər göstərən müəssisələrin və aidiyyəti dövlət qurumlarının məlumat bazalarından istifadə olunmasına nail olunmayıb.

2021-2023-cü illər üçün təmin edilmiş yığımları dəfələrlə üstələməklə auditlə əhatə edilmiş respublikanın 10 şəhər və rayonu üzrə ümumilikdə 100,0 mln. manatdan çox potensial reallaşdırılmamış, Bakı şəhəri üzrə müvafiq qurumların zərərsizləşdirilmə xidmətlərinin göstərilməsi üçün təhvil verilmiş müvafiq tullantı həcmlərinə görə “Təmiz Şəhər” ASC-yə auditlə əhatə olunan dövrün sonuna 21,3 mln. manat kreditor borcları yaranmış, maliyyə itkiləri əlavə yük yaratmaqla dövlət büdcəsinin xərcləri hesabına maliyyələşdirilib.

Qüvvədə olan hüquqi aktlar bərk məişət tullantılarının istehsalçılarına həmin tullantıların bir tərəfdən yığılması, daşınması və zərərsizləşdirilməsinə görə, digər tərəfdən yerləşdirilməsinə görə ikili tarifləşmənin (toplanılması yerli İH orqanları və ETSN tərəfindən həyata keçirilməli olan icbari ödənişlərin) tətbiqini nəzərdə tutmuş, tullantıların istehsalçılarının üzərinə icbari ödənişlər qismində düşən maliyyə yükü digər tullantılarla (tibbi, bioloji, sənaye, tikinti və s.) müqayisədə adekvat yanaşmalarla tənzimlənməmişdir. Eyni zamanda, ETSN (tabeli qurumları) tərəfindən toplanılmalı olan icbari ödənişlərin əhatə bazası dəqiqləşdirilməmiş (Bakı, Sumqayıt və Şirvan şəhərləri, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Xızı və Abşeron rayonları üzrə ödənişlər ümumiyyətlə toplanılmamış), qeyri-əhali istehlakçı qrupu üzrə tullantıların yerləşdirilməsinə görə ödəniş normativlərinə uyğun daxilolmaların 2021-ci ildə 664195 sayda, 2022-ci ildə 709925 sayda, 2023-cü ildə 760489 sayda olan aktiv vergi ödəyicilərindən yığılması təmin edilməyib.

Toplanmış sübutlar auditlə əhatə olunan dövrdə Bakı şəhərinin 11 rayon (Qaradağ rayonu istisna olmaqla) mənzil-kommunal təsərrüfatı birlikləri və bu kimi digər qurumları tərəfindən “Təmiz Şəhər” ASC-yə təhvil verilmiş müvafiq tullantıların miqdarının Bakı şəhəri üzrə yığılmış ümumi (statistik məlumatlara əsasən) məişət tullantılarının 42,5%-inə bərabər olduğunu və nəticə etibarı ilə 2935,2 min tona yaxın tullantıların ASC-yə təhvil verilməsinin Bakı ŞİH xətti ilə təmin edilmədiyini və məişət tullantılarının yığılması və zərərsizləşdirməyə təqdim edilməsi işinin səmərəsiz təşkil edildiyini deməyə əsas vermişdir ki, bu da bir tərəfdən tullantıların çeşidlənməsi və ya yüksək kalorifik dəyərlə yandırılması ilə rəsmən səfərbər olunmamış resurs potensialının, digər tərəfdən isə qeyri-qanuni çeşidləmənin və çirkləndirmənin miqyasının nə dərəcədə yüksək olduğunu göstərir.

Təhlükəsiz tullantıların “Bakı Tullantıların Enerjiyə Çevrilməsi Layihəsi” üzrə bağlanılmış 2008-ci il 15 dekabr tarixli Müqavilə şərtlərinə uyğun kalorifik dəyərlə Yandırılma zavoduna təhvil verilməməsi istehsal edilmiş elektrik enerjisinin miqdarına mənfi təsirlərə, eləcə də yandırılma prosesi üzrə enerji və qazdan istifadə səviyyəsinin artmasına səbəb olmaqla yanaşı Bakı şəhəri üzrə müvafiq tullantıların qəbulu və yandırılmaya yönəldilməsi işinin təkmilləşdirilməli olan tərəflərini bir daha təsdiq etmişdir.

2023-cü ilin göstəriciləri bir tullantı konteynerinə düşən əhali sayının Bakı şəhərindən (87) kəskin fərqlənməklə Yevlax şəhərində 424-ə, Abşeron rayonunda 322-ə, Ağcabədi rayonunda 3092-ə, Bərdə rayonunda 780-ə və Beyləqan rayonunda 1141-ə bərabər olduğunu göstərmişdir ki, bu da həmin regionlarda tullantıların toplanılması fəaliyyətinin sanitar-epidemioloji və ekoloji təhlükəsizlik normalarına uyğun səmərəli təşkil edilməməsini deməyə əsas vermişdir.

Təhlükəsiz (bərk məişət) tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə xidmət haqlarının əhali istehlakçı qrupundan toplanılması əsasən (Bakı şəhərinin Nizami rayonu, Gəncə və Mingəçevir şəhərləri istisna olmaqla) nağd qaydada həyata keçirilməklə auditlə əhatə olunan dövrdə həmin əməliyyatlar çərçivəsində rəsmiləşdirilmiş daxilolmaların məbləği Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və müvafiq tabeli qurumlarının xətti ilə 16,5 mln. manata, auditlə əhatə olunmuş digər regionlar üzrə 4,3 mln. manata, mənbəyi bu və digər vəsaitlərdən ibarət olmaqla satınalma prosedurları keçirilmədən sənədləşdirilmiş müxtəlif alışların məbləği isə, müvafiq olaraq 9,4 mln. manata və 1,3 mln. manata bərabər olmuşdur ki, bu da bir tərəfdən hesablaşmaların nağdsız aparılmasını və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulmasını göstərmiş, digər tərəfdən isə daxili nəzarət mühitinin maliyyə-təsərrüfat fəaliyyətində riskləri minimallaşdıran sağlam meyarlara əsaslanmadığını deməyə əsas vermişdir.

“Təmiz Şəhər” ASC-yə zərərsizləşdirilməsi üçün ümumilikdə 101,4 min ton miqdarında tullantını təhvil vermiş 25 qeyri-dövlət sahibkarlıq subyektinin faktiki olaraq tullantıların daşınması xidmətləri ilə məşğul olduğu, eyni nəqliyyat vasitəsi ilə 2-3 sahibkarlıq subyektinin tullantı daşıdığı hallarının mövcudluğu şəraitində tullantıların daşınmasında istifadə edilən ümumilikdə 108 nəqliyyat vasitəsindən 84-nün məişət tullantıları daşınan yük avtomobili xüsusi nəqliyyat vasitəsi olmadığı, Bakı şəhərində təhlükəsiz tullantıların daşınması ilə ixtisaslaşmayan (təhlükəsizlik normalarına cavab verməyən) şəxslərin də məşğul olduğu, eyni zamanda, qeydiyyatı tullantıların yığılması və daşınması fəaliyyətinə aid 2021-ci ildə 181, 2022-ci ildə 243, 2023-cü ildə 311 aktiv vergi ödəyiciləri tərəfindən “Təmiz Şəhər” ASC-yə hər-hansı tullantı təhvil verilmədiyi müəyyən edilmişdir.

Bakı şəhərinə analoji Sumqayıt, Gəncə, Yevlax şəhərlərinin və Abşeron rayonunun ərazisində bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin yerli İH orqanlarının tabeliyindəki müvafiq qurumları ilə yanaşı digər hüquqi və fiziki şəxslər tərəfindən də həyata keçirildiyi şəraitdə həmin sahibkarlıq subyektlərinin rekvizitləri, maddi-texniki bazası və funksional fəaliyyət göstəriciləri, o cümlədən yığılmalı və təhvil verilməli olan tullantıların miqdarı müəyyənləşdirilməmiş, həmin sahibkarlıq subyektlərindən tullantıların poliqonlara təhvil-təslimi prosesində bərk məişət tullantılarının zərərsizləşdirilməsinə dair xidmət haqlarının toplanılması təmin edilməmiş, tullantıların yığılması və daşınması prosesinin sanitar-epidemioloji və ekoloji təhlükəsizlik normalarına cavab verməsinə nəzarət edilməmiş, kənd əraziləri (Bakı şəhəri istisna olmaqla) fəaliyyət dislokasiyasına ümumiyyətlə daxil edilməmişdir ki, bu da yerli İH orqanlarının təhlükəsiz tullantıların yığılması və çatdırılması prosesində səlahiyyətlərindən tam səmərəli istifadə olunmadığını göstərmişdir.

Eyni zamanda, auditlə əhatə olunmuş yerli İH orqanlarının müvafiq tabeli qurumlarının balanslarında tullantıların daşınması təyinatına aid 643 ədəd yük daşıyan nəqliyyat vasitəsindən 475-nin və ya 73,9%-nin xüsusi nəqliyyat vasitəsi olmadığı müəyyən edilmişdir ki, bu da tullantıların sanitar-epidemioloji və ekoloji təhlükəsizlik normalarına cavab verməyən qeyri-xüsusi nəqliyyat vasitələri ilə daşınması hallarına dövlət qurumları (Bakı şəhəri daxil olmaqla) tərəfindən də yol verildiyini göstərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see133

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see122

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see116

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see116

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see114

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see113

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri