Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son aylarda zəlzələlərin sayında və gücündə müəyyən artım müşahidə olunur, bu isə seysmik aktivliyin dünya miqyasında intensivləşdiyini göstərir.
Xüsusilə Asiya regionunda, o cümlədən qonşu ölkələrdə baş verən güclü zəlzələlər, bu tendensiyanın davam edəcəyinə işarə edir.
Azərbaycanın isə seysmik baxımdan özünəməxsus xüsusiyyətləri var və ölkəmizdə zəlzələlərin təbiəti, eləcə də risklərinin diqqətlə öyrənildiyi nəzərə çarpır.
KONKRET.az xəbər verir ki, modern.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev son illərdə zəlzələlərin sayının, eləcə də onun güclü və dağıdıcı təsirinin artdığını təsdiqləyib: “2023-cü ildə Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı müsahibələrimdə qeyd etmişdim ki, dünya miqyasında seysmik və tektonik aktivlik intensivləşməkdədir.
Həmçinin o vaxtdan etibarən bu prosesin davam edəcəyini də vurğulamışdım.
Yer kürəsi ümumiyyətlə sakitləşmir və bu aktivlik gələcəkdə də davam edəcək.
Məsələn, Əfqanıstanda baş vermiş güclü zəlzələ göstərir ki, həmin bölgə yenidən silkələnəcək.