Icma.az
close
up
RU
“Panikaya düşmək lazım deyil” Azərbaycanda zəlzələ gözləntisi KONKRET

“Panikaya düşmək lazım deyil” Azərbaycanda zəlzələ gözləntisi KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son aylarda zəlzələlərin sayında və gücündə müəyyən artım müşahidə olunur, bu isə seysmik aktivliyin dünya miqyasında intensivləşdiyini göstərir. Xüsusilə Asiya regionunda, o cümlədən qonşu ölkələrdə baş verən güclü zəlzələlər, bu tendensiyanın davam edəcəyinə işarə edir. Azərbaycanın isə seysmik baxımdan özünəməxsus xüsusiyyətləri var və ölkəmizdə zəlzələlərin təbiəti, eləcə də risklərinin diqqətlə öyrənildiyi nəzərə çarpır.

KONKRET.az xəbər verir ki, modern.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev son illərdə zəlzələlərin sayının, eləcə də onun güclü və dağıdıcı təsirinin artdığını təsdiqləyib:

“2023-cü ildə Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı müsahibələrimdə qeyd etmişdim ki, dünya miqyasında seysmik və tektonik aktivlik intensivləşməkdədir. Həmçinin o vaxtdan etibarən bu prosesin davam edəcəyini də vurğulamışdım. Yer kürəsi ümumiyyətlə sakitləşmir və bu aktivlik gələcəkdə də davam edəcək.

Məsələn, Əfqanıstanda baş vermiş güclü zəlzələ göstərir ki, həmin bölgə yenidən silkələnəcək. Özbəkistan, Tacikistan, Qırğızıstan, Çin və bir neçə gün əvvəl Monqolustanda baş verən zəlzələlər də seysmik aktivliyin artdığını təsdiqləyir. Monqolustanda zəlzələ hadisələri əvvəlcə nadir hallarda qeydə alınırdı, indi isə intensivlik artıb. Bu, seysmoloji bölgələrin aktivliyinin yüksəldiyini göstərir və belə davam edəcək”.

Seysmoloqun sözlərinə görə, Asiya ölkələri zəlzələ riskinə məruz qalacaq:

“Çünki bu proses qaçılmazdır. Pakistanda da belə zəlzələlərin baş verməsi ehtimalı var. Qonşu seysmik ocaqların sabit qalması mümkün deyil – bu, fizikanın qanunlarına ziddir”.

O eyni zamanda əlavə edib ki, Azərbaycana gəldikdə isə, ölkəmizdə dağıdıcı və güclü zəlzələ nadir hallarda baş verir.

“Bunun səbəbi dərinlikdəki geodinamik və tektonik aktivliyin intensiv olmamasıdır. Məsələn, Sakit Okean, Əfqanıstan, İtaliya, Yunanıstan, Türkiyə və Rusiyanın Kamçatka bölgələri ilə müqayisədə Azərbaycanda seysmik aktivlik mövcud olsa da, intensivlik daha azdır. Lakin qonşu regionlar aktivdirsə, Azərbaycanın da tamamilə sabit qalması mümkün deyil”.

Q.Babayev həmçinin bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində də müəyyən dərəcədə seysmik aktivlik müşahidə olunur:

“Aran bölgəsində, xüsusilə Kür çökəkliyi ətrafında, Hacıqabul, Ucar, Ağsu istiqamətində seysmik silkələnmələr baş verib. Böyük Qafqazın Cənub-Şərq yamacı ilə Kür çökəkliyinin sərhədi, Şamaxı, İsmayıllı və digər ərazilər seysmik baxımdan aktiv sayılır.

Ümumiyyətlə, Azərbaycan seysmik ocaqlarla zəngindir: Quba, Şabran, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Zaqatala, Kiçik Qafqazın şimal yamacı, Gəncə, Şəmkir, Mingəçevir, Qarabağ zonası (Şuşa, Kəlbəcər), Naxçıvan, Talış və Xəzər dənizinin bəzi hissələri aktiv seysmik zonalardandır”.

Seysmoloq onu da diqqətə çatdırıb ki, Azərbaycanda seysmik vəziyyət öz normal fonundadır:

“Hiss olunan zəlzələlər istisna deyil və ilin axırınadək 3.5-5 maqnituda arasında olan zəlzələlər baş verə bilər. Məsələn, Əfqanıstanda baş vermiş zəlzələ dağıdıcı təsir göstərmişdi, çünki o, səthə yaxın idi və yüksək maqnituda daşıyırdı. Bu səbəbdən zəlzələ güclü oldu.

3.5 maqnituda zəlzələ səthə yaxın olduqda, intensivliyi yüksək olur və hiss olunur. Silkələnmələr ani baş verir, lakin panikaya düşmək lazım deyil”.

O eyni zamanda söyləyib ki, ölkəmizdə seysmik fon davamlı olaraq izlənilir və inkişaf edir:

“Biz daima hesablamalar aparır, geniş  tədqiqatlar keçiririk. Hər bölgənin seysmik zonaları ayrı-ayrılıqda öyrənilir. Seysmik risk yalnız zəlzələnin gücü ilə deyil, həm də əhalinin sıxlığı, binaların tipi və konstruksiyası kimi faktorlarla da müəyyən olunur.

Seysmologiyada zəlzələ proqnozları isə əsasən üç hissəyə bölünür: uzunmüddətli, orta müddətli və qısamüddətli. Müasir texnologiyalar sayəsində artıq dördüncü növ, yəni “smarttipli” proqnozlar da mövcuddur”.

Sonda o əlavə edib ki, süni intellektin tətbiqi ilə seysmik alətlərdə yeni alqoritmlər istifadə edilir və bəzi hallarda zəlzələdən 5-6 saniyə əvvəl xəbərdarlıq verilə bilir:

“Lakin qısamüddətli proqnozlarda zəlzələnin gücü, yeri və dərinliyi barədə dəqiq məlumat vermək hələ mümkün deyil. Orta və uzunmüddətli proqnozlar isə statistik, riyazi metodlar və süni intellekt alqoritmləri əsasında hazırlanır”,- deyə Q.Babayev bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri