Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“ParaBOKT” ASC-ninkredit portfelinin Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) ötürülmüş hissəsi üzrə ödəniş üsulu imkanları genişləndirilib.
Bu portfelə aid olan borcalanlar kredit ödənişlərini ölkə üzrə geniş xidmət şəbəkəsinə malik “MilliÖn” ödəniş terminalları və mobil tətbiqi vasitəsilə də həyata keçirə bilərlər.
Ödəniş infrastrukturunun genişləndirilməsi borcalanlara göstərilən xidmətlərin daha əlçatan, rahat və çevik şəkildə həyata keçirilməsinə şərait yaradır.
Qeyd edək ki, “MilliÖn” ödəniş sistemi ölkənin bütün inzibati ərazi vahidlərini əhatə edən terminallar şəbəkəsinə və mobil tətbiqə malikdir.
Bu imkanlar borcalanlara kredit ödənişlərini həm terminallar vasitəsilə, həm də onlayn platforma üzərindən günün 24 saatı, həftənin 7 günü, istənilən yerdən rahat və növbəsiz şəkildə həyata keçirməyə şərait yaradır.
Məlumat üçün bildiririk ki, ödənişlərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir: “MilliÖn” terminalında və ya mobil tətbiqdə bölməsinə daxil olun; Siyahıdan Əmanətlərin Sığortalanması Fondunu - ADİF subbölməsini seçin; Müvafiq xanaya FİN kod və ya VÖEN daxil edin; Siyahıdan “ParaBOKT” ASC-ni seçin (habelə hesabınızı); Ödəniş məbləğini təsdiqləyərək əməliyyatı tamamlayın.
Borcalanlar bilməlidir ki, “MilliÖn” vasitəsilə edilən ödənişlər real vaxt rejimində sistemdə əks olunur, bu da ödəniş prosesinin sürətli və etibarlı şəkildə icra edilməsinə imkan verir.