Icma.az
close
up
RU
ParaBOKT” dan ƏSF yə ötürülmüş kredit portfeli üzrə ödəniş imkanları genişləndirilib

ParaBOKT” dan ƏSF yə ötürülmüş kredit portfeli üzrə ödəniş imkanları genişləndirilib

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“ParaBOKT” ASC-ninkredit portfelinin Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) ötürülmüş hissəsi üzrə ödəniş üsulu imkanları genişləndirilib. Bu portfelə aid olan borcalanlar kredit ödənişlərini ölkə üzrə geniş xidmət şəbəkəsinə malik “MilliÖn” ödəniş terminalları və mobil tətbiqi vasitəsilə də həyata keçirə bilərlər.

Ödəniş infrastrukturunun genişləndirilməsi borcalanlara göstərilən xidmətlərin daha əlçatan, rahat və çevik şəkildə həyata keçirilməsinə şərait yaradır. Qeyd edək ki, “MilliÖn” ödəniş sistemi ölkənin bütün inzibati ərazi vahidlərini əhatə edən terminallar şəbəkəsinə və mobil tətbiqə malikdir. Bu imkanlar borcalanlara kredit ödənişlərini həm terminallar vasitəsilə, həm də onlayn platforma üzərindən günün 24 saatı, həftənin 7 günü, istənilən yerdən rahat və növbəsiz şəkildə həyata keçirməyə şərait yaradır.

Məlumat üçün bildiririk ki, ödənişlərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir:

“MilliÖn” terminalında və ya mobil tətbiqdə bölməsinə daxil olun; Siyahıdan Əmanətlərin Sığortalanması Fondunu - ADİF subbölməsini seçin; Müvafiq xanaya FİN kod və ya VÖEN daxil edin; Siyahıdan “ParaBOKT” ASC-ni seçin (habelə hesabınızı); Ödəniş məbləğini təsdiqləyərək əməliyyatı tamamlayın.

Borcalanlar bilməlidir ki, “MilliÖn” vasitəsilə edilən ödənişlər real vaxt rejimində sistemdə əks olunur, bu da ödəniş prosesinin sürətli və etibarlı şəkildə icra edilməsinə imkan verir.

Əlavə olaraq qeyd edək ki, “ParaBOKT” ASC-nin sözügedən borcalanları kredit ödənişlərini “Azərpoçt” MMC-nin ölkə üzrə xidmət şəbəkəsi vasitəsilə də həyata keçirə bilərlər. Belə ki, “Azərpoçt” filial və şöbələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər

Əmanətlərin Sığortalanması Fondu “ParaBOKT” ASC-nin həmin borcalanları üçün göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, eləcə də ödəniş üsulu imkanlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see196

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see162

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see154

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see145

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri