Paraşüt şousu faciəyə çevrildi: İki qadın həyatını itirdi

07.11.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Kaliforniya ştatında paraşüt idmanı ilə bağlı tədbir faciə ilə nəticələnib.

Modern.az "NBC telekanalı"na istinadən xəbər verir ki,  yarış zamanı iki qadın paraşütçü havada toqquşub və həyatlarını itiriblər.

Hadisə noyabrın 6-da, yerli vaxtla saat 11:45 radələrində Leyk-Elsinor şəhərində yerləşən “Skydive Elsinore” paraşüt mərkəzinin ərazisində baş verib.

Mərkəzin açıqlamasına görə, həlak olan hər iki qadın müvafiq lisenziyaya malik təcrübəli paraşütçü olub. İlkin məlumata əsasən, onlar təxminən 45 metr yüksəklikdə toqquşublar. Nəticədə paraşütləri bir-birinə dolaşıb və hər iki idmançı yerə sərt şəkildə düşüb.

Ağır xəsarətlər alan qadınlar dərhal Uildomar şəhərindəki tibb mərkəzinə çatdırılıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Həlak olanların adları hələlik açıqlanmayıb.

“Skydive Elsinore” mərkəzindən bildirilib ki, hadisə zamanı istifadə olunan avadanlıqlarda hər hansı nasazlıq əlaməti aşkarlanmayıb.

Faciənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün yerli hakimiyyət orqanları ilə birgə araşdırma aparılır.

Gülbadam Cümşüdova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью