Paraşüt şousu faciəyə çevrildi: İki qadın həyatını itirdi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Kaliforniya ştatında paraşüt idmanı ilə bağlı tədbir faciə ilə nəticələnib.
Modern.az "NBC telekanalı"na istinadən xəbər verir ki, yarış zamanı iki qadın paraşütçü havada toqquşub və həyatlarını itiriblər.
Hadisə noyabrın 6-da, yerli vaxtla saat 11:45 radələrində Leyk-Elsinor şəhərində yerləşən “Skydive Elsinore” paraşüt mərkəzinin ərazisində baş verib.
Mərkəzin açıqlamasına görə, həlak olan hər iki qadın müvafiq lisenziyaya malik təcrübəli paraşütçü olub. İlkin məlumata əsasən, onlar təxminən 45 metr yüksəklikdə toqquşublar. Nəticədə paraşütləri bir-birinə dolaşıb və hər iki idmançı yerə sərt şəkildə düşüb.
Ağır xəsarətlər alan qadınlar dərhal Uildomar şəhərindəki tibb mərkəzinə çatdırılıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Həlak olanların adları hələlik açıqlanmayıb.
“Skydive Elsinore” mərkəzindən bildirilib ki, hadisə zamanı istifadə olunan avadanlıqlarda hər hansı nasazlıq əlaməti aşkarlanmayıb.
Faciənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün yerli hakimiyyət orqanları ilə birgə araşdırma aparılır.
Gülbadam Cümşüdova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 07 Noyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















