Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında rol almaq müqabilində İsrailin baş naziri Binyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına əməl etməməyə razılaşıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, order verildikdən az sonra Fransa prezidenti Netanyahuya zəng edərək Parisin “BCM-ə hörmət etməyə və onunla tam əməkdaşlıq etməyə borclu olduğunu” bildirib.
Jurnalın həmsöhbətinin sözlərinə görə, eyni zamanda, Makron əlavə edib ki, BCM-nin müddəaları məhkəmənin həbsinə dair orderlərdən “toxunulmazlıq hallarını təmin edir”.
Bununla bağlı tərəflər Livandakı atəşkəs ətrafında vəziyyəti müzakirə ediblər.
Onlar razılaşdılar ki, Paris BMT Təhlükəsizlik Şurasının İsrail-Livan sərhədindəki vəziyyəti tənzimləyən 1701 saylı Qətnaməsinin icrasına nəzarət edən komitədə mühüm rol oynayacaq.
Jurnal vurğulayır ki, məhz bu telefon danışığı zamanı Fransa ilə İsrail arasında “son fikir ayrılıqları” həll olunub.