Icma.az
close
up
RU
Paris Netanyahuya Livan atəşkəsindəki rolu üçün BCMdən müdafiə zəmanəti verir

Paris Netanyahuya Livan atəşkəsindəki rolu üçün BCMdən müdafiə zəmanəti verir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında rol almaq müqabilində İsrailin baş naziri Binyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına əməl etməməyə razılaşıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, order verildikdən az sonra Fransa prezidenti Netanyahuya zəng edərək Parisin “BCM-ə hörmət etməyə və onunla tam əməkdaşlıq etməyə borclu olduğunu” bildirib. Jurnalın həmsöhbətinin sözlərinə görə, eyni zamanda, Makron əlavə edib ki, BCM-nin müddəaları məhkəmənin həbsinə dair orderlərdən “toxunulmazlıq hallarını təmin edir”.

Bununla bağlı tərəflər Livandakı atəşkəs ətrafında vəziyyəti müzakirə ediblər. Onlar razılaşdılar ki, Paris BMT Təhlükəsizlik Şurasının İsrail-Livan sərhədindəki vəziyyəti tənzimləyən 1701 saylı Qətnaməsinin icrasına nəzarət edən komitədə mühüm rol oynayacaq. Jurnal vurğulayır ki, məhz bu telefon danışığı zamanı Fransa ilə İsrail arasında “son fikir ayrılıqları” həll olunub. "Netanyahuya toxunulmazlığın verilməsi Fransa üçün Livan razılaşmasında öz rolunu oynamaq üçün qiymət idi", - nəşrin İsrail mənbəsi bildirib.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi BCM-nin orderinə baxmayaraq, Netanyahunun Fransa ərazisində saxlanmayacağını bildirmişdi. Bəyanatda deyilir ki, Fransa qanunlarına görə, Netanyahu və digər nazirlərin toxunulmazlığı var və BCM onun həbsini və ekstradisiyasını tələb edərsə, bu, nəzərə alınacaq.

Noyabrın 27-də səhər saatlarında İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından sonra ilk atəşkəs haqqında saziş qüvvəyə minib. Tərəflərin razılığı ilə Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniyanın da daxil olacağı BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasına nəzarət edən komitə yaradılacaq.

Bu barədə noyabrın 21-də BCM məlumat yayıb ki, Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı ən azı 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək Qəzza zolağı da daxil olmaqla Fələstin ərazisində törətdikləri hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər ittihamı ilə həbslərinə order verib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri