Parisdəki Böyük Dəbilqə turnirində Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb

03.02.2026

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın 7-8-də Fransanın paytaxtı Parisdə "Böyük Dəbilqə" turniri keçiriləcək.

Bu barədə Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında beş çəki dərəcəsində səkkiz cüdoçu ilə təmsil olunacaq.

Balabəy Ağayev (60 kq), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, iki gün davam edəcək turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью