Parisdəki Böyük Dəbilqə turnirində Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlanıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fevralın 7-8-də Fransanın paytaxtı Parisdə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Bu barədə Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında beş çəki dərəcəsində səkkiz cüdoçu ilə təmsil olunacaq.
Balabəy Ağayev (60 kq), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, iki gün davam edəcək turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:Böyük Dəbilqə turnirində Azərbaycanı təmsil edəcək cüdoçuların adları açıqlandı
25 Noyabr 2025 15:29
“Böyük Dəbilqə”: Azərbaycanı Parisdəki turnirdə 8 cüdoçu təmsil edəcək
03 Fevral 2026 11:23
Böyük Dəbilqə turnirində Azərbaycanı təmsil edəcək cüdoçular SİYAHI
25 Noyabr 2025 16:57
Azərbaycanı Böyük Dəbilqə də 3 cüdoçu təmsil edəcək
07 İyun 2025 07:49
Azərbaycanı “Böyük Dəbilqə”də bu cüdoçular təmsil edəcək
30 Yanvar 2025 13:56
Baxış sayı:73
Bu xəbər 03 Fevral 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















