Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Növbədənkənar prezident seçkiləri Prezident İlham Əliyevin fəaliyyətinin möhtəşəm və tarixi uğur hesabatı oldu"Geridə qoyduğumuz 2024-cü il Azərbaycanın tarixində əlamətdar hadisələr dövrü kimi yadda qaldı.
Ötən ilin əsas siyasi hadisəsi isə fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkiləri oldu.
Bu seçki bir daha xalqımızın Prezident İlham Əliyevə olan etimadının, Heydər Əliyev ideyalarına olan inamının təcəssümünə çevrildi.
Seçicilərin 92,12 faizi öz səsini cənab İlham Əliyevə verdi".Bu sözləri “Sherg,az"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.Deputatın sözlərinə görə, növbədənkənar prezident seçkiləri həm də Prezident İlham Əliyevin fəaliyyətinin möhtəşəm və tarixi uğur hesabatı oldu: “Hansı ki, bu hesabatın hər bir səhifəsi qürurverici nailiyyətlərlə zəngindir.
Azərbaycana rəhbərlik etdiyi dövrdə İlham Əliyev cənabları respublikamızı hər zaman uğurdan uğura aparıb, bütün sahələrdə inkişafa və yüksəlişə nail olub.
Cənab İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsində iqtisadiyyatımızın 3 dəfədən çox artması, Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində aparıcı mövqelər əldə etməsi, beynəlxalq səviyyədə nüfuzunu artırması, regionun nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba daxil olması xalqımızın tarixi nailiyyətləridir.Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixinə yazılanən qürurverici hadisə isə torpaqlarımızın işğaldan azad edilməsidir.
Torpaqlarımızı işğaldan azad etməklə, Qarabağda erməni separatçılığına son qoymaqla Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də dövlətimizin ağrılı problemlərini həll etdi, xalqımızın ən böyük arzularını yerinə yetirdi.Növbədənkənar seçkilərdə xalqımız məhz bu uğurlara istinad etdi, İlham Əliyev siyasi kursuna növbəti dəfə etimad göstərdi.