Icma.az
close
up
RU
Parlamentari: Hər səhifəsi qürurverici nailiyyətlərlə zəngindir

Parlamentari: Hər səhifəsi qürurverici nailiyyətlərlə zəngindir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Növbədənkənar prezident seçkiləri Prezident İlham Əliyevin fəaliyyətinin möhtəşəm və tarixi uğur hesabatı oldu

"Geridə qoyduğumuz 2024-cü il Azərbaycanın tarixində əlamətdar hadisələr dövrü kimi yadda qaldı. Ötən ilin əsas siyasi hadisəsi isə fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkiləri oldu. Bu seçki bir daha xalqımızın Prezident İlham Əliyevə olan etimadının, Heydər Əliyev ideyalarına olan inamının təcəssümünə çevrildi. Seçicilərin 92,12 faizi öz səsini cənab İlham Əliyevə verdi".


Bu sözləri “Sherg,az"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.


Deputatın sözlərinə görə, növbədənkənar prezident seçkiləri həm də Prezident İlham Əliyevin fəaliyyətinin möhtəşəm və tarixi uğur hesabatı oldu: 


“Hansı ki, bu hesabatın hər bir səhifəsi qürurverici nailiyyətlərlə zəngindir. Azərbaycana rəhbərlik etdiyi dövrdə İlham Əliyev cənabları respublikamızı hər zaman uğurdan uğura aparıb, bütün sahələrdə inkişafa və yüksəlişə nail olub. Cənab İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsində iqtisadiyyatımızın 3 dəfədən çox artması, Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində aparıcı mövqelər əldə etməsi, beynəlxalq səviyyədə nüfuzunu artırması, regionun nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba daxil olması xalqımızın tarixi nailiyyətləridir.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixinə yazılanən qürurverici hadisə isə torpaqlarımızın işğaldan azad edilməsidir. Torpaqlarımızı işğaldan azad etməklə, Qarabağda erməni separatçılığına son qoymaqla Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də dövlətimizin ağrılı problemlərini həll etdi, xalqımızın ən böyük arzularını yerinə yetirdi.

Növbədənkənar seçkilərdə xalqımız məhz bu uğurlara istinad etdi, İlham Əliyev siyasi kursuna növbəti dəfə etimad göstərdi. Çünki bu siyasi kurs güclü Azərbaycan, qüdrətli dövlətçilik və qalib xalq deməkdir”.


S.Salmanova qeyd edib ki, seçkilərdəki qələbədən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev dövlətimizin qarşısında dayanan əsas vəzifələrin nədən ibarət olduğunu diqqətə çatdırıb:

 “Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daha da gücləndirilməsi, sərhədlərimizin etibarlı müdafiəsinin təmin olunması, vətəndaşların sosial rifahının yüksəldilməsi, bərpaolunan enerjiyə keçid,  Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi yeni dövr üçün Azərbaycanın prioritetləridir. Ötən bir ildə respublikamızın əldə etdiyi möhtəşəm nailiyyətlər Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrin uğurla yerinə yetirildiyini göstərir. Bu dövrdə Rusiya sülhməramlılarının ərazilərimizdən çıxması, Qazaxın işğal altında olan 4 kəndinin azad edilməsi, Ermənistanla sərhədlərin delimitasiyasına başlanılması, Bakıda COP29-un keçirilməsi, Azərbaycanın D-8 təşkilatına daxil olması Prezident İlham Əliyevin ötən birillik fəaliyyətinin mühüm göstəriciləridir.

Bütün bunlar təsdiq edir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə respublikamız bundan sonra da bütün hədəflərinə layiqincə çatacaq. Bu yolda və şərəfli missiyanın həyata keçirilməsində cənab İlham Əliyevə uğurlar arzu edirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Fevral 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri