Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 10 dekabr, AZƏRTAC Bu günlərdə Azərbaycan Parlamenti öz tarixinin ən əlamətdar günlərindən birini – müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin ilk iclasının keçirilməsinin 106-cı ildönümünü qeyd edir.
Bu, Azərbaycan xalqının tarixində olan birliyi xatırladan ən parlaq səhifələrdən biridir.
Belə ki, təşkil edilən ilk parlamentdə ölkədə yaşayan bütün xalqların, siyasi partiyaların, eləcə də bütün etnik, eyni zamanda, dini qrupların təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi.
Parlamentdəki sözügedən yüksək təmsilçiliyi şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi adlandırmaq olar.
Baxmayaraq ki, 11 müxtəlif partiyanı təmsil edən, 99 üzvü olan həmin parlament cəmi 17 ay fəaliyyət göstərib, keçirilən 145 iclas çərçivəsində 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılıb, 230-u isə qəbul edilib.
Bu fikirlər Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “Parlamentarizm: ənənələr və perspektivlər” sərlövhəli məqaləsində yer alıb.
AZƏRTAC məqaləni təqdim edir.Daha sonra Sovetlər İttifaqı dövründə mövcud olan Azərbaycan Parlamenti yalnız formal xarakter daşıyırdı.