Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Parlamentarizm: ənənələr və perspektivlər AZƏRTAC

Parlamentarizm: ənənələr və perspektivlər AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 10 dekabr, AZƏRTAC

Bu günlərdə Azərbaycan Parlamenti öz tarixinin ən əlamətdar günlərindən birini – müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin ilk iclasının keçirilməsinin 106-cı ildönümünü qeyd edir. Bu, Azərbaycan xalqının tarixində olan birliyi xatırladan ən parlaq səhifələrdən biridir. Belə ki, təşkil edilən ilk parlamentdə ölkədə yaşayan bütün xalqların, siyasi partiyaların, eləcə də bütün etnik, eyni zamanda, dini qrupların təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi. Parlamentdəki sözügedən yüksək təmsilçiliyi şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi adlandırmaq olar.

Baxmayaraq ki, 11 müxtəlif partiyanı təmsil edən, 99 üzvü olan həmin parlament cəmi 17 ay fəaliyyət göstərib, keçirilən 145 iclas çərçivəsində 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılıb, 230-u isə qəbul edilib.

Bu fikirlər Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “Parlamentarizm: ənənələr və perspektivlər” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Daha sonra Sovetlər İttifaqı dövründə mövcud olan Azərbaycan Parlamenti yalnız formal xarakter daşıyırdı. Bu baxımdan, ölkəmizdə parlamentarizmin yenidən geniş vüsət alması məhz XX əsrin sonlarına təsadüf etdi.

Qeyd edim ki, 1990-cı ilin əvvəlində Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu. Bu münasibətlərin xüsusiyyətləri bilavasitə ölkədaxili sabitliyin təmin olunması, insan hüquq və azadlıqlarının, sağlam siyasi dialoqun dərki ilə bağlı idi, çünki bunlara hörmət edilmədən demokratik siyasi sistem mövcud ola bilməzdi.

1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi fonunda qədirbilən xalqımızın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi, Ulu Öndərin 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə nəticələndi.

Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq qanunun aliliyinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilirdi. Ümummilli Liderin Ali Sovetə rəhbərlik etdiyi dövrdə Azərbaycanda parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər qısa müddətdə Parlamentin ruhunu kökündən dəyişdi, sağlam siyasi mühit formalaşdırmağı bacardı, Milli Məclisə siyasi mədəniyyət gətirdi.

Ozamankı mövcud vəziyyət, əlbəttə ki, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının milli qanunvericilik sisteminin inkişafı konsepsiyasının hazırlanmasını diktə edirdi. Beləliklə, Heydər Əliyev demokratik düşüncə və dəyərlərə öz sadiqliyini nümayiş etdirərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ilə yanaşı, eyni zamanda, Milli Məclisə birinci çağırış seçkilərin keçirilməsinə nail oldu.

Məhz 1995-ci ildən etibarən Azərbaycan Parlamenti ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verməyə başladı. Keçən müddətdə Milli Məclis tərəfindən qəbul olunmuş və Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş qanun layihələri bilavasitə ölkə əhalisinin siyasi dayanıqlılığına təkan verərək siyasi dialoqun təşviqini, milli birliyimizi, xalqımızın vəhdətini və dövlətimizin müstəqilliyinin qorunmasını ehtiva edib.

Bu gün parlament Azərbaycanın çoxvektorlu xarici siyasətində mühüm rol oynamaqdadır. Uzun illər ərzində istər palamentlərarası dostluq qrupları, istərsə də müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar, keçirilən yüksək səviyyəli konfranslar çərçivəsində Milli Məclis öz beynəlxalq fəaliyyətini formalaşdırmağa nail olub.

Təsadüfi deyil ki, bu il dekabrın 7-də, Azərbaycan parlamentarizmi üçün əlamətdar olan gündə Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirildi. Milli Məclisin üzvü olaraq iştirak etdiyim Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə təmsil olunurdu.

Konfransda Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, İraq, Belarus, Gürcüstan, Malayziya, Qırğızıstan, Pakistan parlamentariləri və TÜRKPA-nın Baş katibi çıxış edərək Azərbaycan parlamentinin fəaliyyətini, müxtəlif platformalarda parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəni yüksək dəyərləndirdilər.

Parlament Konfransında Milli Məclisin son 106 ildə fərqli mərhələlərdə keçdiyi çətin və şərəfli yola baxışla yanaşı, eyni zamanda, perspektivə hesablanmış birgə addımların atılması, regionda və dünyada sülhün, təhlükəsizliyin qorunması əsas müzakirə mövzusu oldu.

Konfrans iştirakçıları işğaldan azad olunmuş doğma Qarabağımızı – Füzuli, Şuşa, Xankəndi və Xocalı şəhərlərini ziyarət edərək, sürətlə aparılan bərpa-quruculuq işləri ilə tanış olmaq imkanı əldə etdilər.

Əminliklə deyə bilərik ki, müstəqil dövlətimiz yaşadıqca Ümummilli Lider Heydər Əliyevin işıqlı ideyalarını, Prezident İlham Əliyevin gələcəyə olan baxışını və xalqımızın iradəsini əks etdirən Azərbaycan parlamenti ölkəmizin davamlı inkişafına bundan sonra da öz töhfəsini verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri