Parlamentdə ombudsmanın illik məruzəsi dinlənildi | Icma.az
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
Yenicag.az xəbər verir ki, komitənin sədri Zahid Oruc gündəliyə bir məsələnin – Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin daxil edildiyini söyləyib.
Komitə sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra hər bir ölkə vətəndaşının ən ali hüququ olan doğma torpaqlarında yaşamaq və suveren hüquqlarını gerçəkləşdirmək haqqının məruzədə öz əksini tapdığını bildirib.
Qeyd olunub ki, Konstitusiyada və qanunlarımızda təsbit olunan fundamental dəyərlərin, beynəlxalq hüquq və prinsiplərin həyata keçirilməsinə imkan verən bu Zəfər torpaqlarımızın uzun illər ərzində işğalı nəticəsində yaranan problemlərin aradan qaldırılmasını təmin edir.
Zahid Oruc müvəkkilin 2024-cü il üzrə məruzəsi ilə bağlı fikirlərini açıqlayıb.
Diqqətə çatdırıb ki, sənəddə ötən il ombudsmanın ünvanına vətəndaşlardan 29 min 371 müraciətin daxil olduğu əks etdirilib.
O, habelə 916 Çağrı mərkəzinə il ərzində 11 min 8 müraciətin daxil olduğunu deyib.
Tam oxu
Xəbəri oxu