Icma.az
close
up
RU
Parlamentdə ombudsmanın illik məruzəsi dinlənildi

Parlamentdə ombudsmanın illik məruzəsi dinlənildi

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, komitənin sədri Zahid Oruc gündəliyə bir məsələnin – Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin daxil edildiyini söyləyib.

Komitə sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra hər bir ölkə vətəndaşının ən ali hüququ olan doğma torpaqlarında yaşamaq və suveren hüquqlarını gerçəkləşdirmək haqqının məruzədə öz əksini tapdığını bildirib. Qeyd olunub ki, Konstitusiyada və qanunlarımızda təsbit olunan fundamental dəyərlərin, beynəlxalq hüquq və prinsiplərin həyata keçirilməsinə imkan verən bu Zəfər torpaqlarımızın uzun illər ərzində işğalı nəticəsində yaranan problemlərin aradan qaldırılmasını təmin edir.

Zahid Oruc müvəkkilin 2024-cü il üzrə məruzəsi ilə bağlı fikirlərini açıqlayıb. Diqqətə çatdırıb ki, sənəddə ötən il ombudsmanın ünvanına vətəndaşlardan 29 min 371 müraciətin daxil olduğu əks etdirilib. O, habelə 916 Çağrı mərkəzinə il ərzində 11 min 8 müraciətin daxil olduğunu deyib. Bildirilib ki, məruzədə mülki hüquqlara dair, o cümlədə mənzil fondu ilə bağlı məsələlər – əmlak alqı-satqısı, qeydiyyatla bağlı məqamlar yer alıb.

Ombudsman təsisatının insanların taleyinə biganə qalmayaraq, Suriyada əsir düşərgələrində girovluqda saxlanılan vətəndaşlarımızın ölkəmizə qaytarılması məsələsinin diqqətdə saxladığı qeyd olunub.

Milli Preventiv Mexanizm çərçivəsində ombudsman institutu tərəfindən mövcud vəziyyətin öyrənilməsi üçün ötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyata keçirilib.

Komitə müvəkkilin penitensiar müəssisələrdə durumla bağlı daim təkliflər irəli sürdüyünü deyib.

Məruzədə narkoloqlar və klinik psixoloqların azlığı məsələsinin yer aldığı və bununla bağlı bəzi çətinliklərin olduğu qeyd edilib.

Boşanmalar məsələsinə toxunan Zahid Oruc Aliment Fondunun yaradılmasının önəmindən də danışıb.

Məruzədə sosial hüquqlar sahəsində, o cümlədən ünvanlı yardım ala bilməyən şəxslərin müraciətlərinə, digər şikayətlərə baxılması ilə əlaqədar məlumatların əks olunduğu söylənilib. Bu istiqamətdə iş yerlərinin yaradılmasının, investisiya mühitinin formalaşdırılmasının əhəmiyyətindən bəhs edilib.

Sənədə Qərbi Azərbaycana qayıdış məsələsinin daxil edildiyi, beynəlxalq əməkdaşlıq sahəsində müvəkkilin fəaliyyəti barədə ətraflı məlumat verildiyi vurğulanıb.

İclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı illik məruzə barədə məlumat verib. O, ombudsmanın özfəaliyyətini şəffaf şəkildə həyata keçirdiyini, ombudsmana müraciət imkanlarının geniş olduğunu söyləyib.

Məruzədə, habelə cəzaların icrası ilə əlaqədar məhkumların öz ailə üzvləri ilə görüşmək sahəsində bəzi çətinliklərlə üzləşdiyi qeyd edilib və bununla bağlı təkliflər irəli sürülüb.

Diqqətə çatdırılıb ki, illik məruzədə məhkəmə qərarlarının icrası, o cümlədən alimentlə bağlı qərarların icrasında yaranan çətinliklər, Aliment Fondunun yaradılmasının zəruriliyi, hüquqi yardımın göstərilməsi ilə bağlı məsələlərə toxunulub. Bununla yanaşı, icbari tibbi sığorta ilə əlaqədar məsələdə xidmətlər zərfinin artırılması təklif olunur. Eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində olduğu qeyd edilir. Həmçinin vurğulanıb ki, Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi, onların qayıdış hüququnun təmin olunması ilə bağlı məsələ daim gündəmdə saxlanılır, mütəmadi olaraq tədbirlər keçirilir.

Məsələ ətrafında müzakirələrdə çıxış edənlər fikirlərini bölüşüblər.

Çıxışlarda ombudsman institutunun əmək və məşğulluq, sosial təminat, təhsil, sağlamlığın qorunması ilə bağlı hüquqların təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ictimai iştirakçılıq, hüquqi maarifləndirmə və digər sahələrdə gördüyü işlər təqdirəlayiq hesab edilib, bir sıra təkliflər səsləndirilib.

Zahid Oruc və Aydın Səfixanlı səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra ombudsmanın 2024-cü il üzrə məruzəsi qənaətbəxş hesab olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Mart 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri