Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin ötən gün keçirilən plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsi ətrafında "qızğın" müzakirələr gedib.
Hətta deputatlardan bəziləri o qədər "odlu-alovlu" çıxış ediblər ki, parlamentin spikeri Sahibə Qafarova onlara müdaxilə etməyi özünə borc bilib.
Məsələnin kökündə isə heç də deputat fəaliyyətinin zərurətləri dayanmayıb, mahiyyət tamamilə süni populizm olub ki, "odlu-alovlu" çıxış edən deputatlarımız da bununla özlərinə xal qazanmaq istəyiblər.
Siyavuş Novruzov, Səyyad Aran və Jalə Əliyeva öz çıxışlarında cəmiyyətdə çaxnaşma yaradacaq təhlükəli "tezis"lər irəli sürüblər.
Burada təhlükəli "tezis" dedikdə deputatların fakta söykənməyən, təhrif olunmuş məlumatları və heç bir halda məqsədi xalqa xidmət olmayan populist fikirləri nəzərdə tutulur.
Elə Siyavuş Novruzovun sosial şəbəkələrdə paylaşılmaq üçün və özündən qəhrəman yaratmağa hesablanmış çıxışına ən yaxşı cavabı nazir Sahil Babayev verib: "Araşdırmamış heç kim heç nə deməsin".
Əgər nazir deputata bu sözü deyirsə, demək ki, məsələnin kökündə heç də xalqın hansısa probleminə can yandırmaq dayanmır.