Icma.az
close
up
RU
Parlamentdə ucuz şou: Deputatların odlualovlu populizmi Xəbər saytı Son xəbərlər və Hadisələr

Parlamentdə ucuz şou: Deputatların odlualovlu populizmi Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin ötən gün keçirilən plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsi ətrafında "qızğın" müzakirələr gedib.

Hətta deputatlardan bəziləri o qədər "odlu-alovlu" çıxış ediblər ki, parlamentin spikeri Sahibə Qafarova onlara müdaxilə etməyi özünə borc bilib.

Məsələnin kökündə isə heç də deputat fəaliyyətinin zərurətləri dayanmayıb, mahiyyət tamamilə süni populizm olub ki, "odlu-alovlu" çıxış edən deputatlarımız da bununla özlərinə xal qazanmaq istəyiblər.

Siyavuş Novruzov, Səyyad Aran və Jalə Əliyeva öz çıxışlarında cəmiyyətdə çaxnaşma yaradacaq təhlükəli "tezis"lər irəli sürüblər. Burada təhlükəli "tezis" dedikdə deputatların fakta söykənməyən, təhrif olunmuş məlumatları və heç bir halda məqsədi xalqa xidmət olmayan populist fikirləri nəzərdə tutulur.

Elə Siyavuş Novruzovun sosial şəbəkələrdə paylaşılmaq üçün və özündən qəhrəman yaratmağa hesablanmış çıxışına ən yaxşı cavabı nazir Sahil Babayev verib:

"Araşdırmamış heç kim heç nə deməsin".

Əgər nazir deputata bu sözü deyirsə, demək ki, məsələnin kökündə heç də xalqın hansısa probleminə can yandırmaq dayanmır. Burada mövzu heç də xalqın problemi, xalqın hansısa probleminin həll yolunu tapmaq deyil, mövzu, sadəcə, süni şou yaratmaq və pafosu həqiqətdən ayıra bilməyən kütləyə xitab etməkdir.

Bu isə öz növbəsində olduqca təhlükəli və yolverilməz tendensiyadır. Çünki deputatın vəzifəsi xalqı təmsil etmək və qanunvericilik müstəvisində onun maraqlarının qorunmasını təmin etməkdir. Öz maraqları naminə xalqı yanıltmaq və buna səbəb olacaq fikirləri irəli sürmək, məramı xoş olmayan ideyaları ortaya atmaq ən yüngül halda deputat adına yaraşmayan bir səhvdir.

Sadalanan deputatların araşdırılmamış fikirləri onların, əslində, öz vəzifə və öhdəliklərinə yanaşmasını göstərir. Əgər onların iddia etdikləri qədər "ağır" vəziyyət mövcuddursa, bu, ilk növbədə onların özlərinin də günahı olmalıdır. Çünki həmin deputatlar özləri elə həmin problemlərin həllini tapmamasında məsuliyyət daşıyırlar.

Ancaq bu açıqlamalar özü də həqiqətə söykənmir. Azərbaycan hökuməti öz xalqının rifahını xüsusi diqqətdə saxlayır. Müharibədə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşmüş Vətən övladları dövlətin xüsusi qayğısı ilə əhatə olunublar və hər il bu qayğı daha da artırılır, getdikcə daha çoxşaxəli xarakter alır.

Elə Azərbaycan cəmiyyəti üçün də Vətən mövzusu olduqca həssas mövzudur. Azərbaycanın igid övladları xalqın haqlı sevgisini qazanıblar və bu sevgi cəmiyyətimizin bütün dünya üçün nümunə sayılacaq üstünlüklərindən biri olmalıdır. Doğrudur, bütün dünyada Vətən uğrunda vuruşan qəhrəmanlar böyük ehtiram sahibidirlər, ancaq bizim xalqımızda bu sevgi və ehtiram tamamilə fərqli bir səviyyədədir.

Belə olan halda deputatların çıxışının da məhz xalqın bu "sarı sim"inə toxunmağa hesablanmış olduğunu görmək çətin deyil. Ancaq qeyd etdiyimiz kimi, bu toxunuş səmimi deyil və məramı, sadəcə, ucuz şou yaratmaqdır.

Dövlətin sosial sahədə gördüyü tədbirləri, dəstək paketlərini və qayğını öz ucuz şouları xatirinə heçə saymaq cəhdi isə deputat adına sığmayan bir addımdır. Əgər sözügedən deputatlar bu qədər məlumatlı və diqqətlidirlərsə, sual yaranır: indiyə qədər bu istiqamətdə hansı addımları atıblar? Hansı qanun layihələri işləyib-hazırlayıblar? Hansı tutarlı təkliflə çıxış ediblər?

Bu sualın cavabı da elə Siyavuş Novruzovun, Səyyad Aran və Jalə Əliyevanın ötən gün etdikləri çıxışda ortaya qoyduqları "həqiqət" kimi bir heçdir.//Oxu.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri