Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Yanvarın 15-də Milli Məclisin deputatları tətildən qayıdıblar.
Artıq parlamentin komitə iclasları başlayıb, fevral ayında etibarən plenar iclasların başlaması nəzərdə tutulub.
Ötən ilin sentyabrın 23-də keçirilən ilk iclasında İntizam komissiyası formalaşdırılıb.
Bu komissiya deputat tərəfindən Milli Məclisin nüfuzuna, yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması məqsədilə yaradılır.
Qeyd edək ki, komissiyanın səlahiyyət müddəti 1 il olsa da, sonuncu yaradılan komissiya daha az müddət fəaliyyət göstərəcək.
Belə ki, qanunvericiliyə görə, hər il yaz sessiyasının birinci iclasında İntizam Komissiyası yenidən yaradılır.
Komissiya üzvləri deputatların sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir.
Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.