Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? Sədr AÇIQLADI
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 15-də Milli Məclisin deputatları tətildən qayıdıblar. Artıq parlamentin komitə iclasları başlayıb, fevral ayında etibarən plenar iclasların başlaması nəzərdə tutulub.
Ötən ilin sentyabrın 23-də keçirilən ilk iclasında İntizam komissiyası formalaşdırılıb. Bu komissiya deputat tərəfindən Milli Məclisin nüfuzuna, yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması məqsədilə yaradılır.
Qeyd edək ki, komissiyanın səlahiyyət müddəti 1 il olsa da, sonuncu yaradılan komissiya daha az müddət fəaliyyət göstərəcək. Belə ki, qanunvericiliyə görə, hər il yaz sessiyasının birinci iclasında İntizam Komissiyası yenidən yaradılır.
Komissiya üzvləri deputatların sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.
Bəs builki yaz sessiyasında İntizam Komissiyasının tərkibi dəyişəcək?
Modern.az mövzu ilə bağlı Milli Məclisin İntizam komissiyasının sədri, deputat Eldar ibrahimovla əlaqə saxlayıb.
Eldar İbrahimov saytımıza açıqlamasında İntizam Komissiyasının tərkibinin dəyişməyəcəyini bildirib.
“Sentyabrda İntizam komissiyasının üzvləri seçilib. Həmin şəxslər də Komissiyanın tərkibi olaraq qalacaqlar. Sədr də mən olacam”,-o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 17 Yanvar 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















