Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar yaz sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayıb.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur.
Hər yeni sessiya cəmiyyətin gündəmində dayanan məsələlərin qanunvericilik müstəvisində əksini tapması baxımından xüsusi əhəmiyyət daşıyır.Modern.az deputatlarla əlaqə saxlayaraq onların yeni sessiya üçün irəli sürməyi planlaşdırdıqları qanun layihələri haqqında məlumat öyrənib.
Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Mədəniyyət Konsepsiyası - 2024” milli mədəniyyət siyasətinin strateji çərçivəsini müəyyənləşdirən əsas sənədlərdən biridir.
Bu konsepsiya ölkəmizin mədəni inkişaf modelini daha sistemli və uzunmüddətli perspektivdə istiqamətləndirir.
“Bu kontekstdə yeni qanunvericilik sənədləri və dəyişikliklərlə bağlı layihələr mütəmadi olaraq Milli Məclisə daxil olur.