Icma.az
close
up
RU
Parlamentin yaz sessiyası: deputatlardan 3 mühüm təşəbbüs

Parlamentin yaz sessiyası: deputatlardan 3 mühüm təşəbbüs

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar yaz sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayıb.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur. Hər yeni sessiya cəmiyyətin gündəmində dayanan məsələlərin qanunvericilik müstəvisində əksini tapması baxımından xüsusi əhəmiyyət daşıyır.
Modern.az deputatlarla əlaqə saxlayaraq onların yeni sessiya üçün irəli sürməyi planlaşdırdıqları qanun layihələri haqqında məlumat öyrənib.


Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Mədəniyyət Konsepsiyası - 2024” milli mədəniyyət siyasətinin strateji çərçivəsini müəyyənləşdirən əsas sənədlərdən biridir. Bu konsepsiya ölkəmizin mədəni inkişaf modelini daha sistemli və uzunmüddətli perspektivdə istiqamətləndirir.

“Bu kontekstdə yeni qanunvericilik sənədləri və dəyişikliklərlə bağlı layihələr mütəmadi olaraq Milli Məclisə daxil olur. Biz də Mədəniyyət komitəsi olaraq həmin layihələri dəyərləndirir, mövcud qanunvericiliklə müqayisəli təhlil aparır və ehtiyac yaranan hallarda rəy və təkliflərimizi bildiririk. Məqsəd mədəniyyətin idarəedilməsinin səmərəliliyini artırmaq, mədəni irsin qorunması və regionlarda mədəni xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi istiqamətlərin praktiki icrasına dəstək verməkdir”.

Deputat qeyd edib ki, gələcək sessiya boyu təqdim olunacaq bütün layihələr konsepsiyanın müəyyən etdiyi strateji xətt çərçivəsində qiymətləndiriləcək və komitə olaraq üzərimizə düşən funksiyaları ardıcıl şəkildə icra ediləcək.

Elm və təhsil komitəsi və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli isə qeyd edib ki, daha əvvəllər olduğu kimi yeni sessiyada da parlamentdəki fəaliyyətimə daha geniş mənada ictimai maraqlara cavab verən prosesin tərkib hissəsi kimi yanaşacaq:
“Mənim üçün əsas prioritet qanunvericilik gündəminin ölkənin inkişaf strategiyasına, sosial sabitlik hədəflərinə və institusional təkmilləşmə tələblərinə uyğun şəkildə formalaşdırılmasıdır. Bu baxımdan fəaliyyətimin əsas xəttini təhsil də daxil olmaqla insan kapitalının inkişafına yönəlmiş hüquqi mühitin möhkəmləndirilməsi, ictimai institutlara etimadın artırılması və informasiya məkanında məsuliyyətli, sağlam hüquqi çərçivənin dəstəklənməsi kimi istiqamətlər təşkil edəcək”.

Deputat qeyd edib ki, hazırkı mərhələdə məqsədi yeni normalar irəli sürmək deyil, mövcud hüquqi mexanizmlərin real ictimai proseslərlə uyğunluğunu dəyərləndirmək və onların daha səmərəli işləməsinə töhfə verməkdir.
“Bu xüsusda sosial siyasət, təhsil, elm və mədəniyyət, eləcə də media və ictimai kommunikasiya sahəsində tənzimləmələr diqqətimi daha çox cəlb edir Digər tərəfdən, düşünürəm ki, qüvvədə olan hüquqi-normativ aktlara münasibətdə söhbət boşluqlardan deyil, dəyişən reallıqlar fonunda hüquqi çərçivənin davamlı olaraq təkmilləşdirilməsi zərurətindən getməlidir”.
“Əsas səbəblər sosial münasibətlərin mürəkkəbləşməsi, ictimai gözləntilərin artması və dövlət idarəçiliyində effektivliyin davamlı şəkildə gücləndirilməsi ehtiyacıdır. Qanunvericilik bu proseslərə uyğun olaraq təkamül etməli, həm sabitliyi, həm də inkişafı dəstəkləyən hüquqi baza rolunu oynamalıdır” – deyə o sonda qeyd edib.

Elm və təhsil komitəsinin sədr müavini və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə isə ali təhsillə bağlı yeni qanunların müzakirə olunmasını istisna etməyib:
“Ümumilikdə götürdükdə, yaz sessiyasında cəmiyyətimizdə təhsillə bağlı bir sıra təklifləri, xüsusilə də ali təhsillə bağlı yeni qanun layihələri müzakirə oluna bilər. Həmçinin deputatların vətəndaşlarla daha sıx işləməsi və beynəlxalq fəaliyyət istiqamətində işlərimizi davam etdirəcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri