Parlaq Qələbəmizə böyük ehtiramın ifadəsi | Icma.az
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz peşəkarlıq və yüksək rəşadət göstərmiş, 30 ilə yaxın müddətdə düşmən işğalında olan əzəli torpaqlarımızı mənfurlardan azad etmişdir.
Bu parlaq Qələbə dünya hərb tarixinə, eləcə də öz şanlı tariximizə qızıl hərflərlə yazılmışdır.
Ermənistan və onun havadarlarının bütün terror-təxribat aktlarına, qarayaxma kampaniyalarına, qərəzli addımlarına baxmayaraq, Azərbaycan dövləti öz gücü hesabına tarixi ədaləti bərpa edərək, haqq işini uğurla tamamladı.
Bəli, biz haqlı olaraq qeyd edirik ki, Azərbaycan dövləti və xalqı var olduğu müddətdə müharibədə qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq, hər zaman ehtiramla yad olunacaqdır.
Bu gün şəhid ailələrinə, müharibə veteranlara xüsusi diqqət və qayğının göstərilməsi məhz uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Cənab İlham Əliyev Vətən müharibəsi, həmçinin şanlı tariximizlə əlaqədar bütün çıxışlarında Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaətdən qürurla bəhs edir, onların vətənpərvər, milli ruhlu, həmçinin çox cəsur olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Ölkəmizdə mövcud olan xalq-ordu-iqtidar birliyi möhtəşəm Qələbəyə imza atdı.
Tam oxu
Xəbəri oxu