Icma.az
close
up
RU
Parlaq Qələbəmizə böyük ehtiramın ifadəsi

Parlaq Qələbəmizə böyük ehtiramın ifadəsi

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz peşəkarlıq və yüksək rəşadət göstərmiş, 30 ilə yaxın müddətdə düşmən işğalında olan əzəli torpaqlarımızı mənfurlardan azad etmişdir. Bu parlaq Qələbə dünya hərb tarixinə, eləcə də öz şanlı tariximizə qızıl hərflərlə yazılmışdır. Ermənistan və onun havadarlarının bütün terror-təxribat aktlarına, qarayaxma kampaniyalarına, qərəzli addımlarına baxmayaraq, Azərbaycan dövləti öz gücü hesabına tarixi ədaləti bərpa edərək, haqq işini uğurla tamamladı. Bəli, biz haqlı olaraq qeyd edirik ki, Azərbaycan dövləti və xalqı var olduğu müddətdə müharibədə qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq, hər zaman ehtiramla yad olunacaqdır. Bu gün şəhid ailələrinə, müharibə veteranlara xüsusi diqqət və qayğının göstərilməsi məhz uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Cənab İlham Əliyev Vətən müharibəsi, həmçinin şanlı tariximizlə əlaqədar bütün çıxışlarında Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaətdən qürurla bəhs edir, onların vətənpərvər, milli ruhlu, həmçinin çox cəsur olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırır. Ölkəmizdə mövcud olan xalq-ordu-iqtidar birliyi möhtəşəm Qələbəyə imza atdı. Bu gün Azərbaycanın digər bölgələrində olduğu kimi, doğma Qarabağda və ətraf rayonlarımızda genişmiqiyaslı bərpa-quruculuq işləri aparılır. Tarixi, mədəni abidələr, məscidlər, memorial komplekslər tikilir və yenidən qurulur. Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Parkının yaradılması Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər Parkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Cənab İlham Əliyev burada məzmunlu çıxışı ilə qürurlu və şərəfli tariximizi ictimaiyyətin diqqətinə çatdırıb: “2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər Parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq”.
Həqiqtətən də hər bir azərbaycanlı bu möhtəşəm tarixi günlərə şahidlik etdiyi üçün çox qürurludur. Azərbaycan Prezidentinin düzgün və məqsədyönlü siyasəti bizi işıqlı gələcəyə doğru aparır. Dövlət başçısının sözləri ilə desək, bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri