Paşinyan 28 yaşlı xanımı özünə köməkçi təyin etdi

27.08.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Tatevik Martirosyanı özünə köməkçi təyin edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bununla bağlı qərar Ermənistan hökumətinin e-gov.am saytında dərc olunub.

Tatevik Martirosyan 19 fevral 1998-ci ildə Ermənistanın Aparan şəhərində anadan olub.

O, 2015–2019-cu illərdə İrəvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və hüquq üzrə bakalavr dərəcəsi əldə edib. Martirosyan universiteti fərqlənmə ilə bitirib. 2019–2021-ci illərdə İrəvan Dövlət Universitetinin Hüquq fakültəsinin magistraturasında “Biznes hüququ” ixtisası üzrə təhsil alıb və magistr dərəcəsini fərqlənmə ilə əldə edib.

2021–2024-cü illərdə isə İrəvan Dövlət Universitetinin aspiranturasında “Mülki hüquq” ixtisası üzrə təhsil alıb. Elmi araşdırmasının mövzusu Ermənistanda kriptoaktivlərin hüquqi tənzimlənməsi olub.

Martirosyan əmək fəaliyyətinə də hüquq sahəsində başlayıb. “Aratta Consulting” MMC-də və Ermənistan Dövlət Gəlirləri Komitəsində hüquqşünas vəzifəsində işləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью