Paşinyan 28 yaşlı xanımı özünə köməkçi təyin etdi
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Tatevik Martirosyanı özünə köməkçi təyin edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bununla bağlı qərar Ermənistan hökumətinin e-gov.am saytında dərc olunub.
Tatevik Martirosyan 19 fevral 1998-ci ildə Ermənistanın Aparan şəhərində anadan olub.
O, 2015–2019-cu illərdə İrəvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və hüquq üzrə bakalavr dərəcəsi əldə edib. Martirosyan universiteti fərqlənmə ilə bitirib. 2019–2021-ci illərdə İrəvan Dövlət Universitetinin Hüquq fakültəsinin magistraturasında “Biznes hüququ” ixtisası üzrə təhsil alıb və magistr dərəcəsini fərqlənmə ilə əldə edib.
2021–2024-cü illərdə isə İrəvan Dövlət Universitetinin aspiranturasında “Mülki hüquq” ixtisası üzrə təhsil alıb. Elmi araşdırmasının mövzusu Ermənistanda kriptoaktivlərin hüquqi tənzimlənməsi olub.
Martirosyan əmək fəaliyyətinə də hüquq sahəsində başlayıb. “Aratta Consulting” MMC-də və Ermənistan Dövlət Gəlirləri Komitəsində hüquqşünas vəzifəsində işləyib.
Baxış sayı:103
Bu xəbər 27 Avqust 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















