Paşinyan bizim üçün etibarlı tərəfdaşdır vitse prezident

10.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehran üçün etibarlı tərəfdaş olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, İran rəsmisi bu barədə İrəvanda jurnalistlərin TRIPP (Zəngəzur dəhlizi) layihəsi ilə bağlı suallarını cavablandırarkən danışıb.

Jurnalist İran rəhbərliyində layihəyə münasibətdə fərqli mövqelərin müşahidə olunduğunu xatırladıb. Bildirib ki, İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vəlayəti TRIPP layihəsindən narahatlığını ifadə etdiyi halda, digər dövlət rəsmiləri Ermənistan hökumətinə etimad göstərdiklərini açıqlayırlar.

Pur­məhəmmədi cavabında İranın rəsmi mövqeyinin ölkə prezidenti, xarici işlər naziri və Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən ifadə edildiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 5-də İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti TRIPP layihəsini sərt tənqid edib. O, layihənin İranın regional maraqlarına zidd olduğunu bildirərək Paşinyanın siyasətindən narazılığını ifadə edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью