Paşinyan bizim üçün etibarlı tərəfdaşdır vitse prezident
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehran üçün etibarlı tərəfdaş olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, İran rəsmisi bu barədə İrəvanda jurnalistlərin TRIPP (Zəngəzur dəhlizi) layihəsi ilə bağlı suallarını cavablandırarkən danışıb.
Jurnalist İran rəhbərliyində layihəyə münasibətdə fərqli mövqelərin müşahidə olunduğunu xatırladıb. Bildirib ki, İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vəlayəti TRIPP layihəsindən narahatlığını ifadə etdiyi halda, digər dövlət rəsmiləri Ermənistan hökumətinə etimad göstərdiklərini açıqlayırlar.
Purməhəmmədi cavabında İranın rəsmi mövqeyinin ölkə prezidenti, xarici işlər naziri və Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən ifadə edildiyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 5-də İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti TRIPP layihəsini sərt tənqid edib. O, layihənin İranın regional maraqlarına zidd olduğunu bildirərək Paşinyanın siyasətindən narazılığını ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Noyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















