Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Baş nazir razılaşmaların yerinə yetirilməsi üçün lazım olanları edəcək “Ermənistan lideri sülhə doğru addımlar atır, amma daxili və xarici təzyiqlərlə üzləşir”“Sülh bölgəmizə sülh qayıdıb və bizə qalan indi onu daha çox yük dövriyyəsi, daha çox enerji, elektron xətlər, daha çox firavanlıq və inkişafla doldurmaqdır, bu, Cənubi Qafqazı daha da gücləndirəcək”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə İpək Yolu Forumunda çıxışı zamanı deyib.Paşinyan avqust ayında ABŞ prezidentinin təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə sülh sazişi imzaladığını və buna Donald Trampın da imza atdığını xatırladıb.
Ermənistanın baş naziri qeyd edib ki, Bəyannamə xüsusilə regional kommunikasiyaya aiddir: “Orada bildiririk ki, biz ikitərəfli və beynəlxalq formatda kommunikasiya, qarşılıqlı fəaliyyət, dialoq, regional kontekstdə sülh, firavanlıq və sabitliyin təmin edilməsi, suverenliyin qorunması, ərazi bütövlüyünün tanınması kimi vacib məsələləri vurğulayırıq.
Bu səylərə Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisi vasitəsilə əlaqəni təmin etmək də daxildir”.Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanla sülhü institusional səviyyəyə çatdırmağa və dövlətlərarası münasibətləri inkişaf etdirməyə çalışır: “Bu aspektdə ən önəmlisi odur ki, Vaşinqton sammiti əsasında artıq Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub.
Azərbaycanla sülhü daha institusional etmək, bu sazişi reallaşdırmaq, dövlətlərarası münasibətləri inkişaf etdirmək üçün çalışırıq və buna Vaşinqtonda start verilib.
Paralel olaraq, qeyd etdiyim kimi, bütün nəqliyyat yolları bir-birinin ardınca açılacaq və bu, artıq regionumuza tarixi dəyişikliyə gətirib çıxaracaq”.Siyasi ekspertlər isə hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Tbilisidə keçirilən İpək Yolu Forumundakı çıxışı bölgədə sülhün bərqərar olması və yeni kommunikasiya xətlərinin qurulması barədə nikbin fikirlərlə səslənsə də, bu gün bölgədə yaranan reallıqların əsas memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qazandığı 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədir.
Məhz bu qələbə nəticəsində regionda illərlə davam edən işğal faktı aradan qaldırılıb, ədalət bərpa olunub, beynəlxalq hüququn prinsipləri real müstəviyə keçirilib.