Icma.az
close
up
RU
Paşinyan dayanmaq fikrində deyil ŞƏRH

Paşinyan dayanmaq fikrində deyil ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baş nazir razılaşmaların yerinə yetirilməsi üçün lazım olanları edəcək 


“Ermənistan lideri sülhə doğru addımlar atır, amma daxili və xarici təzyiqlərlə üzləşir”


“Sülh bölgəmizə sülh qayıdıb və bizə qalan indi onu daha çox yük dövriyyəsi, daha çox enerji, elektron xətlər, daha çox firavanlıq və inkişafla doldurmaqdır, bu, Cənubi Qafqazı daha da gücləndirəcək”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə İpək Yolu Forumunda çıxışı zamanı deyib.

Paşinyan avqust ayında ABŞ prezidentinin təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə sülh sazişi imzaladığını və buna Donald Trampın da imza atdığını xatırladıb. Ermənistanın baş naziri qeyd edib ki, Bəyannamə xüsusilə regional kommunikasiyaya aiddir: “Orada bildiririk ki, biz ikitərəfli və beynəlxalq formatda kommunikasiya, qarşılıqlı fəaliyyət, dialoq, regional kontekstdə sülh, firavanlıq və sabitliyin təmin edilməsi, suverenliyin qorunması, ərazi bütövlüyünün tanınması kimi vacib məsələləri vurğulayırıq. Bu səylərə Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisi vasitəsilə əlaqəni təmin etmək də daxildir”.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanla sülhü institusional səviyyəyə çatdırmağa və dövlətlərarası münasibətləri inkişaf etdirməyə çalışır:


 “Bu aspektdə ən önəmlisi odur ki, Vaşinqton sammiti əsasında artıq Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub. Azərbaycanla sülhü daha institusional etmək, bu sazişi reallaşdırmaq, dövlətlərarası münasibətləri inkişaf etdirmək üçün çalışırıq və buna Vaşinqtonda start verilib. Paralel olaraq, qeyd etdiyim kimi, bütün nəqliyyat yolları bir-birinin ardınca açılacaq və bu, artıq regionumuza tarixi dəyişikliyə gətirib çıxaracaq”.

Siyasi ekspertlər isə hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Tbilisidə keçirilən İpək Yolu Forumundakı çıxışı bölgədə sülhün bərqərar olması və yeni kommunikasiya xətlərinin qurulması barədə nikbin fikirlərlə səslənsə də, bu gün bölgədə yaranan reallıqların əsas memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qazandığı 44 günlük Vətən müharibəsindəki tarixi Qələbədir. Məhz bu qələbə nəticəsində regionda illərlə davam edən işğal faktı aradan qaldırılıb, ədalət bərpa olunub, beynəlxalq hüququn prinsipləri real müstəviyə keçirilib. Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad edilib və regionda yeni siyasi, iqtisadi, geostrateji düzən formalaşıb.


Araşdırmaçı-jurnalist Asəf Quliyev isə Sherg.az-a açıqlamasında Paşinyanın bu reallıqları qəbul etməsinin asan olmadığını deyib: 

“Lakin artıq o bu reallıqları qəbul edib. Bütövlükdə Ermənistanın bu reallıqları qəbul etməsi isə bir az vaxtından əvvəl verilmiş hökm olardı. Bu gün Ermənistanda Paşinyana müxalif olan əsas qüvvə Qarabağ kartı ilə hakimiyyətə gəlmişdi və erməni cəmiyyətini məhz bu adla soyub-talayırdı. Bu siyasi qüvvə artıq əvvəlki qüvvəsini itirsə də, yox olub demək düz olmazdı. Onlar var və hər vəchlə Paşinyanın sülhə doğru atdığı addımları gözdən salmağa çalışırlar. Eyni zamanda Rusiyanın hegemonluğunu arzulamayan, amma Paşinyandan narazı qüvvələr də var. Bunlar əsasən Avroatlantik məkana meyilli, lakin millətçi düşüncəyə malik intellektuallardır. Onlar da Paşinyan üçün müəyyən problemlər yarada bilməsələr də, cəmiyyətə sülhə doğru atılan addımları təftiş edirlər. Və əldə olunanların Azərbaycan Prezidentinin təzyiqləri ilə olduğunu əsas gətirərək nəticələri gözdən salmağa çalışırlar. 

Bütün bunlar Baş nazir Nikol Paşinyan üçün müəyyən diskomfort yaradır. Amma görünən odur ki, o, dayanmaq fikrində deyil. Bunun bir səbəbi də geri çəkiləcəyi təqdirdə erməni millətçiliyinin təsiri altında linç ediləcəyi qorxusudur”.


A.Quliyev hesab edir ki, Paşinyan əldə olunan razılaşmaların yerinə yetirilməsi üçün lazım olanları edəcək və daha yeni anlaşmalar əldə olunmasına çalışacaq:

“Məsələn, Türkiyə ilə sərhədlərin açılması və sairə. Bu addımlar Ermənistan vətəndaşının sosial-iqtisadi durumuna müsbət təsir edəcəyi təqdirdə Paşinyan əlavə dividendlər qazanmış olacaq. Ümid etmək olar ki, müsbət tendensiyalar erməni millətçiliyinin də aqressiv ritorikasına təsir edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2025 02:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri