Paşinyan Əliyevin tələbini icra edəcək Bakı və İrəvan bu tarixdə birgə bəyanat yayacaq

17.01.2025

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Ermənistan yay fəslinə qədər ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanat yayacaq.
Publika.az
xəbər verir ki, bu barədə “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Paşinyan Minsk qrupunun buraxılmasına sülh müqaviləsini imzalamaq şərti ilə razı olacağını dəfələrlə bəyan etsə də, Əliyevin ilin əvvəlində Zəngəzur dəhlizi ilə bağlı tələblərini sərtləşdirməsi onu bu məsələdə geri addım atmağa məcbur etdi.
“Buna görə Paşinyan tələsik Minsk qrupu tələbini qəbul etdiyini açıqladı. Ədliyyə naziri Srbuhi Qalyan da bu yaxınlarda bildirdi ki, həökumət seçkilərə qədər yeni konstitusiya mətnini hazırlamağı planlaşdırır. Konstitusiya İalahatı Şurası yeni konsepsiyanın 2026-cı ilin dekabrında təqdim edilməsi haqda qərar qəbul etsə də, hökumət bu vaxtı irəli çəkməyi düşünür”, - nəşr yazır.
Asif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью