Paşinyan Əliyevin tələbini icra edəcək Bakı və İrəvan bu tarixdə birgə bəyanat yayacaq
Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan və Ermənistan yay fəslinə qədər ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanat yayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Paşinyan Minsk qrupunun buraxılmasına sülh müqaviləsini imzalamaq şərti ilə razı olacağını dəfələrlə bəyan etsə də, Əliyevin ilin əvvəlində Zəngəzur dəhlizi ilə bağlı tələblərini sərtləşdirməsi onu bu məsələdə geri addım atmağa məcbur etdi.
“Buna görə Paşinyan tələsik Minsk qrupu tələbini qəbul etdiyini açıqladı. Ədliyyə naziri Srbuhi Qalyan da bu yaxınlarda bildirdi ki, həökumət seçkilərə qədər yeni konstitusiya mətnini hazırlamağı planlaşdırır. Konstitusiya İalahatı Şurası yeni konsepsiyanın 2026-cı ilin dekabrında təqdim edilməsi haqda qərar qəbul etsə də, hökumət bu vaxtı irəli çəkməyi düşünür”, - nəşr yazır.
Asif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Yanvar 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















