Paşinyan estoniyalı səfirlə bu məsələləri müzakirə etdi

20.11.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Estoniyanın bu ölkəyə yeni təyin olunan səfiri Marge Mardisalu-Kaharı qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan-Avropa İttifaqı münasibətlərini müzakirə ediblər.

Nikol Paşinyan iqtisadi və digər sahələrdə fəal siyasi dialoqun və əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında Estoniyanın vacib rolunu diqqətə çatdırıb.

Estoniyalı səfir ölkəsinin Ermənistanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu vurğulayıb. Bu kontekstdə ikitərəfli qarşılıqlı səfərlərin yüksək səviyyədə təşkilinin vacibliyini qeyd edib.

Tərəflər regional əhəmiyyətli məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью