Paşinyan estoniyalı səfirlə bu məsələləri müzakirə etdi
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Estoniyanın bu ölkəyə yeni təyin olunan səfiri Marge Mardisalu-Kaharı qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Avropa İttifaqı münasibətlərini müzakirə ediblər.
Nikol Paşinyan iqtisadi və digər sahələrdə fəal siyasi dialoqun və əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında Estoniyanın vacib rolunu diqqətə çatdırıb.
Estoniyalı səfir ölkəsinin Ermənistanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu vurğulayıb. Bu kontekstdə ikitərəfli qarşılıqlı səfərlərin yüksək səviyyədə təşkilinin vacibliyini qeyd edib.
Tərəflər regional əhəmiyyətli məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Noyabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















