Paşinyan Putinə əsgər verəcəkmi: Moskva KTMT ni Ukrayna cəbhəsinə cəlb etməyə çalışır | Ic…
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya, Ukraynadakı müharibədə itkilər artdıqca, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODKB -KTMT) üzvü olan ölkələrin qoşunlarını döyüş meydanına göndərmək ideyasını yenidən gündəmə gətirib.
Təşkilatın baş katibi İmanqali Tasmagambetovun son açıqlamaları bu ehtimalı gücləndirib.
O, Qərb hərbi kontingentlərinin Ukraynaya göndərilməsinin bölgədə təhlükəli vəziyyət yaradacağını vurğulayaraq, KTMT-nin üzv ölkələrinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif yardım variantları təqdim etməyə hazır olduğunu bildirib.
Bu isə açıq şəkildə, KTMT qüvvələrinin Ukraynada hərbi əməliyyatlara cəlb oluna biləcəyinə işarədir.
Rusiyanın KTMT qoşunlarını Ukraynaya göndərmək istəyinə dair iddialar ilk dəfə deyil ortaya çıxır.
2022-ci ilin martında, müharibənin ilk günlərində Vladimir Putin KTMT-nin sülhməramlı missiyası haqqında yeni düzəlişlər təqdim etmişdi.
Bu düzəlişlərə əsasən, təşkilata üzv ölkələrin hərbi qüvvələri “koordinasiya edən dövlətin” – yəni Rusiyanın tam komandanlığı altında fəaliyyət göstərə bilərdi.
Tam oxu
Xəbəri oxu