Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Paşinyan Putinə əsgər verəcəkmi: Moskva KTMT ni Ukrayna cəbhəsinə cəlb etməyə çalışır

Paşinyan Putinə əsgər verəcəkmi: Moskva KTMT ni Ukrayna cəbhəsinə cəlb etməyə çalışır

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya, Ukraynadakı müharibədə itkilər artdıqca, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODKB -KTMT) üzvü olan ölkələrin qoşunlarını döyüş meydanına göndərmək ideyasını yenidən gündəmə gətirib.

Təşkilatın baş katibi İmanqali Tasmagambetovun son açıqlamaları bu ehtimalı gücləndirib.

O, Qərb hərbi kontingentlərinin Ukraynaya göndərilməsinin bölgədə təhlükəli vəziyyət yaradacağını vurğulayaraq, KTMT-nin üzv ölkələrinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif yardım variantları təqdim etməyə hazır olduğunu bildirib. Bu isə açıq şəkildə, KTMT qüvvələrinin Ukraynada hərbi əməliyyatlara cəlb oluna biləcəyinə işarədir.

Rusiyanın KTMT qoşunlarını Ukraynaya göndərmək istəyinə dair iddialar ilk dəfə deyil ortaya çıxır. 2022-ci ilin martında, müharibənin ilk günlərində Vladimir Putin KTMT-nin sülhməramlı missiyası haqqında yeni düzəlişlər təqdim etmişdi. Bu düzəlişlərə əsasən, təşkilata üzv ölkələrin hərbi qüvvələri “koordinasiya edən dövlətin” – yəni Rusiyanın tam komandanlığı altında fəaliyyət göstərə bilərdi.

Moskvanın ilkin planı “Kiyevi üç günə almaq” və sonra “sülhməramlı” adı altında KTMT qüvvələrini yerləşdirmək idi. Kremlin strategiyasına görə, Ukrayna ordusunun müqaviməti tezliklə çökəcək, paytaxtda qələbə paradı təşkil olunacaq, yollar isə “Rusiya Qvardiyası” və KTMT “sülhməramlıları” tərəfindən nəzarətə götürüləcəkdi. Lakin bu plan uğursuz oldu və KTMT qoşunları Ukraynaya heç vaxt göndərilmədi.

Bundan sonra məsələ 2024-cü ilin əvvəlində yenidən gündəmə gəldi. Ukrayna ordusunun Kursk vilayətinə müdaxiləsi fonunda Rusiya mediasında KTMT-nin bu prosesə cəlb oluna biləcəyi barədə müzakirələr başladı. Lakin nə Belarus, nə də digər KTMT üzvləri bu məsələyə açıq dəstək vermədi.

İndi isə Moskva üçüncü dəfə KTMT-ni Ukrayna müharibəsinə cəlb etməyə çalışır. Bunun səbəbləri aydındır: Rusiya ordusu getdikcə daha çox itki verir və yeni səfərbərlik dalğalarının keyfiyyəti get-gedə azalır.

Rəsmi İrəvan KTMT təlimlərində iştirak etməkdən imtina edib?

KTMT qoşunlarını Ukraynaya göndərməyə kim razı ola bilər?

Rusiya KTMT-ni Ukrayna cəbhəsinə cəlb etməklə, savaş meydanında döyüş təcrübəsi olan peşəkar hərbçilərdən istifadə etməyə çalışır. Ancaq bunun reallaşması olduqca şübhəlidir.

• Belarus: Rusiya üçün ən yaxın hərbi tərəfdaş olsa da, Aleksandr Lukaşenko öz ordusunu Ukraynaya göndərməkdən çəkinir. O, Rusiya ərazisini istifadəyə versə də, Belarus qoşunlarını müharibəyə cəlb etmədi. Müxalifət mənbələrinə görə, Minsk artıq Moskvanın təzyiqlərini neytrallaşdırmaq üçün müxtəlif yollar axtarır.

• Qazaxıstan: Rəsmi Astana, Kremlin Ukraynaya dair istəklərinə açıq şəkildə qarşı çıxıb. Prezident Kasım-Jomart Tokayev 2022-ci ilin iyununda Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını və Rusiyanın ilhaq etdiyi bölgələri tanımayacaqlarını açıqlamışdı.

• Ermənistan: Rusiya ilə münasibətləri sürətlə pisləşən Ermənistanın bu prosesə qatılması real görünmür. Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistan ordusu ciddi itkilər verdi və 11 mindən çox əsgər fərarilik etdi. Baş nazir Nikol Paşinyan artıq Rusiya ilə hərbi əməkdaşlığı məhdudlaşdırmaq istiqamətində addımlar atır.

• Tacikistan və Qırğızıstan: Bu ölkələr uzun müddətdir Rusiya ilə hərbi əməkdaşlıq edirlər, lakin Ukrayna müharibəsinə cəlb olunmaları real deyil. Onların əsas marağı regional təhlükəsizliyi qorumaq və Rusiyanın iqtisadi dəstəyindən yararlanmaqdır.

Əgər KTMT daxilində Rusiya üçün real bir namizəd yoxdursa, Moskva başqa alternativlərə yönəlməli olur. Maraqlıdır ki, Rusiyanın müttəfiqləri olan Qazaxıstan, Tacikistan və Qırğızıstan bu müharibədən uzaq durmağa çalışdığı halda, Şimali Koreya artıq döyüş bölgəsinə öz hərbçilərini göndərib. Bu isə KTMT ölkələrinin Ukrayna müharibəsinə cəlb olunmasını daha da çətinləşdirir.

30 лет ОДКБ. Успехи и насущные проблемы

Moskvanın “ODKB kartı” işləməyəcək – Kreml təşkilat daxilində müharibəni uduzub?

KTMT-yə üzv ölkələrinin Rusiyanın yanında döyüşməyə meyilli olmaması Kremlin regional təsirinin zəiflədiyini göstərir.

KTMT əvvəllər Qazaxıstandakı iğtişaşları yatırmaq üçün aktiv şəkildə istifadə olunsa da, Ukrayna kimi böyük miqyaslı bir müharibəyə qoşulması fərqli bir situasiyadır. Ukrayna cəbhəsində iştirak etmək, iğtişaşları yatırmaqdan çox fərqlidir və KTMT ölkələri bunun fərqindədir.

Üç illik müharibə ərzində KTMT ordularından heç biri Ukraynaya göndərilməyib. Rusiya öz strateji müttəfiqlərini belə müharibəyə cəlb edə bilmədi. Bu isə Kremlin Ukrayna savaşında tək qaldığını və regional ittifaqlar çərçivəsində müharibəni artıq uduzduğunu göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri