Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? | Icma.az
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan geosiyasi maraqların kəsişmə nöqtəsində yerləşərək Rusiyadan iqtisadi asılılıq ilə Qərbə doğru siyasi yönəlmə arasında manevr etməyə çalışır.
Rusiya ilə iqtisadi baxımdan möhkəm olan əlaqələr siyasi fikir ayrılıqları ilə çətinləşir.
Son hadisələr, o cümlədən, Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinin İrəvandan Sankt-Peterburqa keçirilməsi və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB tədbirlərində iştirakdan imtinası İrəvanın yürüdülən çoxvektorlu siyasətinin xaotikliyini, ən başlıcasıda kollektiv Qərbin göstərişlərindən tam asılı olduğunu bir daha nümayiş etdirir.
Bu gün Astanada Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) illik sammiti başlayıb.
Əsas müzakirə mövzuları yeni Avrasiya strategiyasının hazırlanması, Tacikistan-Əfqanıstan sərhədində təhlükəsizliyin gücləndirilməsi və kollektiv təhlükəsizlik sisteminin inkişaf perspektivləri oldu.
Ermənistanın təşkilatda dondurulmuş üzvlüyü səbəbindən sammitdə iştirak etməməsi xüsusi diqqət çəkərək KTMT üzvlərinin tam konsolidasiyası perspektivlərini sual altına qoyur.
Rusiya ilə Qərb arasında gərginliyin artdığı şəraitdə KTMT Avrasiya məkanında mövqelərini möhkəmləndirməyə diqqət yetirir.
Tam oxu
Xəbəri oxu