Icma.az
close
up
RU
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi?

Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi?

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan geosiyasi maraqların kəsişmə nöqtəsində yerləşərək Rusiyadan iqtisadi asılılıq ilə Qərbə doğru siyasi yönəlmə arasında manevr etməyə çalışır. Rusiya ilə iqtisadi baxımdan möhkəm olan əlaqələr siyasi fikir ayrılıqları ilə çətinləşir. Son hadisələr, o cümlədən, Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinin İrəvandan Sankt-Peterburqa keçirilməsi və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB tədbirlərində iştirakdan imtinası İrəvanın yürüdülən çoxvektorlu siyasətinin xaotikliyini, ən başlıcasıda kollektiv Qərbin göstərişlərindən tam asılı olduğunu bir daha nümayiş etdirir.

Bu gün Astanada Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) illik sammiti başlayıb.

Əsas müzakirə mövzuları yeni Avrasiya strategiyasının hazırlanması, Tacikistan-Əfqanıstan sərhədində təhlükəsizliyin gücləndirilməsi və kollektiv təhlükəsizlik sisteminin inkişaf perspektivləri oldu. Ermənistanın təşkilatda dondurulmuş üzvlüyü səbəbindən sammitdə iştirak etməməsi xüsusi diqqət çəkərək KTMT üzvlərinin tam konsolidasiyası perspektivlərini sual altına qoyur.

Rusiya ilə Qərb arasında gərginliyin artdığı şəraitdə KTMT Avrasiya məkanında mövqelərini möhkəmləndirməyə diqqət yetirir. Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovun qeyd etdiyi kimi, "təşkilat regionda əsas təhlükəsizlik mexanizmi rolunu gücləndirərək, yeni strategiyasını bərabər və bölünməz təhlükəsizlik arxitekturasının formalaşması üçün bazaya çevirmək niyyətindədir".

Sammitdə əsas müzakirə mövzularından biri Tacikistan-Əfqanıstan sərhədində infrastrukturların yaxşılaşdırılması üzrə dövlətlərarası proqramın təsdiqidir. KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun dediyinə görə, Əfqanıstanın terrorizm və narkotik qaçaqmalçılığı da daxil olmaqla potensial təhlükə mənbəyi olması faktdır. Onun sözlərinə görə, qəbul ediləcək proqram Mərkəzi Asiyada təhlükəsizliyin üzv ölkələrin birgə səyləri ilə gücləndirilməsinə imkan yaradacaq.

Sammitdə ayrıca, Qırğızıstanın 2025-ci ildə sədrliyi perspektivləri və İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinin birgə qeyd olunması məsələlərinə xüsusi diqqət yetiriləcək. Sözügedən təşəbbüslər KTMT-nin tarixi yaddaşı qorumaq və üzvlər arasında mədəni-tarixi əlaqələri gücləndirmək niyyətini vurğulayır.

Rəsmi olaraq tədbirdə iştirakdan imtina edən Ermənistan sənədlərin "məhdud formatda" təsdiqinə razılıq verib. Təbii ki, bu qərar İrəvanın KTMT-də gələcəyi ilə bağlı suallar doğurur. Ermənistanın üzvlüyünün dondurulması Cənubi Qafqaz regionunda təhlükəsizliklə bağlı təşkilatın mövqeyindən narazılıqla bağlıdır. Buna baxmayaraq, Uşakov Ermənistanın tam əməkdaşlığa qayıdacağına ümid etdiyini ifadə edib.

İrəvanın qərarı üzvlər üçün daxili qarşılıqlı əlaqə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin zərurətini göstərən bir siqnal oldu. Ermənistanın iştirakı olmadan sənədlərin imzalanmasına baxmayaraq, onların bütün üzvlər tərəfindən legitimliyi sual altındadır.

Bu arada NATO ilə münasibətlərdə gərginliyi nəzərə alaraq, KTMT Avrasiyanın əsas oyunçuları, o cümlədən Çin və İran ilə əməkdaşlığı inkişaf etdirməyə yönəlir. Belə əməkdaşlığa misal olaraq, KTMT üzv ölkələrinin təhlükəsizlik xidmətlərinin Şanxay Əməkdaşlıq Təşkilatı, MDB və BMT nümayəndələrinin iştirakı ilə oktyabr ayında narkotik qaçaqmalçılığına qarşı həyata keçirdikləri əməliyyatı göstərmək olar.

Prinsip etibarilə Astana sammiti KTMT-nin Avrasiya məkanında təhlükəsizliyi gücləndirmək üçün potensiala malik olduğunu nümayiş etdirməlidir. Fəqət təşkilat daxili ziddiyyətlər və iştirakçılar arasında birliyin olmaması kimi çağırışlarla üzləşir. Avrasiya strategiyasının hazırlanması və Tacikistan-Əfqanıstan sərhədində təhlükəsizliyin artırılması, təşkilatın mövcud təhlükələrə cavab verməyə hazır olduğunu təsdiqləyir. Bununla belə, Ermənistanın tədbirdə iştirak etməməsi qarşılıqlı fəaliyyət mexanizmlərinin yenidən nəzərdən keçirilməsini və gələcəkdə parçalanmadan qaçmaq üçün tədbirlərin görülməsini zəruri edir.

KTMT yeni Avrasiya təhlükəsizlik arxitekturasında mərkəzi yer tutmağa can atır ki, bu da bütün iştirakçıların konsolidasiyasını, qonşu regionlarla dialoqun gücləndirilməsini və qəbul edilmiş qərarların effektiv həyata keçirilməsini tələb edir. Təşkilatın gələcəyi dəyişən geosiyasi reallıqlara uyğunlaşma qabiliyyətindən asılı olacaq. Bu, təşkilatın beynəlxalq arenada mövqelərini gücləndirməsi və inkişafı üçün baza rolunu oynayacaq.

Rusiya ilə Ermənistan arasındakı münasibətlər hazırda çox mürəkkəb, hətta keçid mərhələsi adlandırıla bilən bir dövr yaşayır. Ermənistanın Moskvadan iqtisadi asılılığı onun Qərbin təhlükəsizlik və xarici siyasət strukturlarına inteqrasiya etməyə yönəlmiş cəhdləri ilə ziddiyyət təşkil edir. Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ), KTMT və MDB platformalarındakı iştirakı artıq müttəfiqlik öhdəliklərinə sadiqlikdən daha çox, iki dünya arasında balans yaratmaq cəhdi kimi qəbul edilir. Bu yanaşma strateji uzaqgörənlik məsələlərini gündəmə gətirir və ənənəvi tərəfdaşla münasibətlərin gərginləşməsinə səbəb olur, Ermənistanın davranış xəttinin sabitliyini şübhə altına alır.

Aİİ sammitinin yerinin dəyişdirilməsi müxalifət tərəfindən hökumətin ölkənin nüfuzunu zədələməsi kimi tənqid edildi. Amma Moskva bu məsələyə sakit yanaşaraq, diqqəti ittifaqın iqtisadi səmərəliliyinə yönəltdi. İttifaq ölkələri arasında 2024-cü il ərzində ticarət dövriyyəsinin 2,5 dəfə artması əməkdaşlığın qarşılıqlı faydasını təsdiqləyir. Bununla belə, Ermənistan cəmiyyətində Qərbyönlü meyllər güclənir və Nikol Paşinyan xarici öhdəliklərlə daxili siyasi çağırışlar arasında balans yaratmağa çalışır.

Ermənistanın Astanadakı KTMT sammitində iştirakdan imtinası daha açıq siyasi siqnal kimi qəbul edilir. Azərbaycanla münaqişə zamanı təşkilatın effektivliyinin aşağı olması Ermənistan cəmiyyətində təşkilata qarşı inamsızlığı artırır. Buna baxmayaraq, Rusiya praqmatizm nümayiş etdirir və baş nazir Nikol Paşinyan administrasiyasının açıq Qərbyönümlü kursuna baxmayaraq, onunla münasibətləri qoruyub saxlamağa çalışır. Gümrüdəki Rusiya hərbi bazasının ikitərəfli əsaslarla qalması əməkdaşlığın əsas elementi olaraq qalır.

MDB-dən uzaqlaşma və təhlükəsizlik orqanları rəhbərlərinin görüşü kimi tədbirlərə qatılmamaq Ermənistan hakimiyyətindəki Qərbyönümlü qüvvələrin təsirini təsdiqləyir. Bu addımlar Ermənistanın iqtisadi cəhətdən Rusiyadan asılı olmasına baxmayaraq, daha müstəqil siyasət yürütmək cəhdi kimi yozula bilər.

İrəvan və Moskva arasındakı asimmetrik münasibətlər Ermənistanın siyasəti üçün ciddi risklər yaradır. İqtisadi asılılıq Rusiyadan tam ayrılmağa imkan vermir, lakin Qərbyönümlü ambisiyalar daxili ziddiyyətlər yaradır və hər iki geosiyasi mərkəzlə münasibətlərin pisləşməsinə səbəb ola bilər. Belə çoxvektorlu strategiya dəqiq hesablamalar və diplomatik ustalıq tələb edir, çünki "iki stulda oturmaq" cəhdi tez-tez uğursuzluqla nəticələnir.

Nikol Paşinyanın geosiyasi xəritədə Ermənistanın yerini bəlirləyəcək strateji qərar qəbul etməsi zəruridir. Rusiya ilə Qərb arasında barraj vurmaq, daha doğrusu, vurnuxmaq getdikcə daha çətin bir vəzifə halına gəlir.

Qlobal siyasətlə bahəm, Cənubi Qafyqaz bölgəsində də reallıqların sürətlə dəyişməkdə olduğunu nəzərə alsaq, Nikol Paşinyan gec də olsa, düşünülmüş siyasət yürütməyə başlamağa məhkumdur.

Fəqət, bacaracaqmı və ya istəyəcəkmi?

Elçin Alıoğlu
TREND

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Noyabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri