Paşinyan Rusiyaya qarşı cəbhə açır

26.11.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Ermənistan gələn ildən etibarən sərhədlərinin mühafizəsini tam şəkildə öz üzərinə götürməyi planlaşdırır. Bu istiqamətdə Rusiya sərhədçilərinin ölkədən çıxarılması məsələsi də gündəmdədir. Baş nazir Nikol Paşinyanın Rusiya sərhədçilərinə təşəkkür etməsi və Ermənistanın artıq öz sərhədlərini müstəqil şəkildə qorumaq imkanına malik olduğunu vurğulaması, əslində, Moskvaya ünvanlanmış siyasi mesajdır.
Ermənistan xüsusilə Türkiyə və İranla sərhədlərində nəzarəti tam şəkildə öz üzərinə götürmək istəyir. Məlum olduğu kimi, hazırda bu sərhədlərin Türkiyə və İranla sərhəddə Rusiya sərhədçiləri xidmət aparır. Xüsusilə Ermənistanın İranla sərhədində Rusiya hərbçilərinin mövcudluğu rəsmi İrəvanın narahatlıq doğuran məsələlərindən biridir. Gələcəkdə Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının açılması və Türkiyə ilə sərhədlərin normallaşması fonunda Ermənistan Rusiyanın sərhəd qüvvələrin sərhəd nəzarətində iştirakında maraqlı deyil.
Ermənistan hökuməti təhlükəsizlik və sərhəd siyasətində Rusiyadan asılılığı azaltmaq istiqamətində yeni mərhələyə keçməyə çalışır. Paşinyanın son açıqlamaları da Moskva üçün müəyyən mənada xəbərdarlıqdı. N. Paşinyan qeyd edir ki, Ermənistan artıq öz təhlükəsizlik siyasətini müstəqil şəkildə müəyyənləşdirmək niyyətindədir.
Ermənistan sülh prosesinə sadiq qalmaq, regionda yeni əməkdaşlıq mühitinin formalaşmasında iştirak etmək və qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq istəyirsə, Rusiyadan siyasi və hərbi asılılığını tədricən azaltmalıdır. Bu baxımdan, növbəti ildən etibarən yalnız Rusiya sərhədçilərinin deyil, Gümrüdə yerləşən Rusiya hərbi bazasının gələcək statusunun da Ermənistanın siyasi gündəliyinə daxil edilməsi istisna deyil.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью